loading...

Prezident korrupsioner başçıları qoruyan nazirləri cəzalandıracaq - Siyahı

Prezident İlham Əliyev ölkədə yeni idarəetmə sisteminin inkişafı istiqamətində inqilabı dəyişikliklər edə bilər

Bu sensasion gəlişmələrin referendumdan sonra başlanacağı və vitse-prezidentlik institutunun yaradılması ilə müşayiət olunacağı xəbər verilir.

Politika.Az-a Prezident Administrasiyasındakı mötəbər mənbədən daxil olan məlumata görə, ölkə başçısının masası üzərindəki mühüm islahatlar paketində olduqca incə və mühüm sənədlər yer alıb.

Bu dosyedə prioritet məsələlərdən biri kimi yerli idarəetmə orqanları ilə bağlı reformlar nəzərdə tutulur. Hakimiyyət artıq yeni ildən yerlərdə icra hakimiyyətləri ilə iş sistemini dəyişməyə hazırlaşır.

İcra strukturlarının fəaliyyətindəki səmərəsizlik və mərkəzi idarəçiliyə yaratdıqları problemlər ölkə rəhbərliyini köklü dəyişikliklərə vadar edir. Bu günə kimi onlara verilən əlverişli imkanlar, dotasiyalar, dövlət dəstəyinə baxmayaraq prezidentin gözləntiləri tam mənada özünü doğrultmayıb.

Bunu da prezient dəfələrlə dilə gətirib. İcra strukturlarının fəaliyyətindəki çatışmazlıq mərkəzi hakimiyyəti qane etmir. Dövlət başçısının rayon icra hakimiyyətlərinin fəaliyyətinə yenidən baxacağı gözlənilir.

İ.Əliyevin rayonlara son səfərlərindən sonra islahatlar paketinin təkmilləşdirilməsi gözlənilir. Əsasən də əhali ilə işləyən bilməyən icra başçılarının statistikası hazırlanır.

İl ərzində özünü apara bilməyən, mediada adı daha çox hallanan icra başçılarının yeni siyahısı var. Bu siyahıda hansı rayon sakinlərinin daha çox şikayət etməsi də mühüm məqam kimi qiymətləndiriləcək.

Politika.Az-a verilən məlumata görə, İ.Əliyev islahatlar paketində incə bir nüansı əlavə edib. Xəbərdə iddia olunur ki, prezident hansı nazirlərin hansı icra başçılarına hamilik etdiyini xüsusi nəzarətdə saxlayır.

Məsələn, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsuda icra başçısı olan dayısı Ənvər Seyidəliyevə himayədarlıq edir.

Lerikin icra başçısı Rövşən Ağayev SOCAR prezidenti Rövnəq Abdullayevin kadrıdır. Eyni zamanda Ucarın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasında daxildir.

Məlumata görə, prezidentin siyahısında hansı icra başçılarından daha çox şikayət olarsa, onlara rəhbərlik edən nazirlərə də bir o qədər töhmət veriləcəyi bildirilir.

Politika.Az


Prezident korrupsioner başçıları qoruyan nazirləri cəzalandıracaq - SiyahıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər