“PAŞA Bank”ın yeni sədri kimdir? - DOSYE
Tarix: 10-06-2022, 16:16
Baxılıb: 817
Google+ Paylaş
Tumblr Paylaş

“PAŞA Bank”ın yeni sədri kimdir? - DOSYE

10-06-2022, 16:16

Cavid Quliyev PAŞA Bank ASC-nin Baş İcraçı direktoru və İdarə Heyətinin sədri təyin edilib.
Bankdan reportyor.org-a bildirilib ki, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev bu vəzifələrin icrasına iyunun 9-dan başlayıb.
Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə təyin edildiyindən, PAŞA Bank-ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdı.
PAŞA Bank-ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə aprelin 12-də Bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilmişdi.
Qeyd edək ki, C.Quliyev PAŞA Bank-da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.
23 fevral 2016-cı ildə isə C.Quliyev PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ