Azərbaycanda böyük dərman şirkəti qaydaları belə pozdu - İDDİA
Tarix: 7-06-2022, 23:46
Baxılıb: 274
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda böyük dərman şirkəti qaydaları belə pozdu - İDDİA

7-06-2022, 23:46

“Esam LTD” şirkətinin barəsində məhkəmədə iş qalıdırılıb.
reportyor.org xəbər verir ki, “Esam LTD” şirkətinin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə müvafiq dövlət qurumu tərəfindən inzibati qaydada protokol yazılıb.
Həmin protokol araşdırılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Şikayət araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib.
Məhkəmənin baxış iclası iyunun 15-nə təyin edilib.

Qeyd edək ki, bu maddə üzrə tənbeh olunan vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Esam LTD” şirkəti satılması üçün gətirdiyi malların valyuta xərcini ödəməkdən yayınmaqda təqsirli bilindiyi iddia olunur.
Xatırladaq ki, “Esam LTD” şirkəti dərman preparatlarının Azərbaycana idxalı və marketinqi ilə məşğul olur.
Şirkətin həmtəsisçisi və Marketinq direktoru Mehriban Yusubovadır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ