Ermənistanda GƏRGİNLİK ARTIR: 10 nəfər həbs edildi
Tarix: 7-06-2022, 23:44
Baxılıb: 266
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanda GƏRGİNLİK ARTIR: 10 nəfər həbs edildi

7-06-2022, 23:44

İrəvanın Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində polislə etirazçılar arasında baş vermiş toqquşma ilə bağlı 10 nəfər həbs edilib.
reportyor.org xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
"15 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara qarşı kütləvi iğtişaşların təşkili maddəsi ilə ittiham irəli sürülüb. Onlardan 10-u barəsində həbs-qətimkan tədbiri, daha 4-ü barəsində isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan həbs-qətimkan tədbiri seçilib", - deyə İstintaq Komitəsi bildirib.
Bu 15 nəfərdən başqa daha bir vətəndaş saxlanılıb. Onun həbsi ilə bağlı vəsatət verilib.

Hazırda ibtidai istintaq davam edir.
Qeyd edək ki, iyunun 3-də İrəvanın Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində müxalifət yürüşünün iştirakçıları ilə polis arasında toqquşma olub. Onlarla zərərçəkən xəstəxanalara çatdırılıb. 
"Müqavimət" hərəkatı bir aydan artıqdır ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ