İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya... - Generaldan ŞOK
Tarix: 5-06-2022, 13:11
Baxılıb: 551
Google+ Paylaş
Tumblr Paylaş

İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya... - Generaldan ŞOK

5-06-2022, 13:11

İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək.
reportyor.org xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.
O bildirib ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağının yalnız kiçik bir hissəsini nəzarətdə saxlayacaq - Sankt-Peterburq və Kalininqrad ətrafında. 
“Sahilin qalan hissəsi Alyansın nəzarətində qalacaq ki, bu da hərbi-siyasi blokun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir”, - ABŞ generalı bildirib.
Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəliblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ