Rusiyanın 31 mindən çox hərbçisi öldürülüb
Tarix: 5-06-2022, 13:08
Baxılıb: 347
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın 31 mindən çox hərbçisi öldürülüb

5-06-2022, 13:08

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.
reportyor.org xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 150 hərbçisi zərərsizləşdirilib.
"Rusiyanın 1 381 ədəd tankı, 3 392 ədəd zirehli döyüş maşını, 686 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 2 360 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 548 ədəd dronu, 122 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib" - məlumatda deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ