Şri-Lankada "Aeroflot"un təyyarəsi həbs edildi
Tarix: 4-06-2022, 10:13
Baxılıb: 248
Google+ Paylaş
Tumblr Paylaş

Şri-Lankada "Aeroflot"un təyyarəsi həbs edildi

4-06-2022, 10:13

Kolombo kommersiya məhkəməsi "Aeroflot" aviaşirkətinə məxsus "Airbus A330" sərnişin təyyarəsini həbs edib. Məhkəmənin qərarına əsasən, təyyarənin Şri-Lankadan uçması qadağan edilib.
reportyor.org xəbər verir ki, bu barədə "NewsFirst" məlumat yayıb.
Rusiya təyyarəsi Celestial Aviation Trading Limited şirkətinin şikayəti əsasında saxlanılıb. Еəyyarəni "Aeroflot"a icarəyə verən də eyni şirkətdir.

Təyyarədəki həbs iyunun 16-dək qüvvədədir. Həbs səbəbindən “Aeroflot” "Airbus A330" təyyarəsi ilə Kolombodan Moskvaya geri dönüş uçuşunu həyata keçirə bilməyib.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası Rusiyanın 21 aviaşirkətinə, o cümlədən “Aeroflot”a Aİ ölkələrinə uçuşlara qadağa qoyub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ