loading...

3 il əvvəlin xəbərinidən Qənirə xanım niyə bu qədər narahatdır?VİDEO

Millət vəkili Qənirə Paşayeva sosial şəbəkələrdə yayılmış bir videosunu dərc etdiyinə görə A24.Az saytını məhkəməyə verməklə hədələyib. Xanım deputat A24.Az-a yazdığı mesajlarında 3 il öncə dərc olunmuş həmin videonun yenidən dərc olunmasını qərəz olaraq qəbul edib və saytı məhkəməyə verəcəyini bildirib: "Ömrümün xeyli hissəsi jurnalistkada keçib. Gerçək jurnalistlər hər şeyi yazının qoxusundan anlayır”. Yəni parlament üzvü dolayısı ilə həmin çarxın yenidən gündəmə gətirilməsini özü üçün təhlükə hesab edir.

Qeyd edək ki, A24.Az-ın məlumatına görə, millət vəkilinin hiddətləndirən video 11-ci dünya türkcə olimpiadasının finalında etdiyi çıxışı zamanı çəkilib. Video ilk dəfə "Youtube” sosial şəbəkəsinin "Türkçe Olimpiyatları” səhifəsi tərəfindən "Azerbaycan Milletvekili Ganire Paşayeva Türkçe Olimpiyatları Şarkı Finali’nde” başlığı altında 8 iyun 2013-cü il tarixdə yayılıb. Videoçarxın 1.59 dəqiqəsində Qənirə Paşayeva "Hər bir işin bir memarı var. Və mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm” deyərək Fəthullah Gülənə alqış istəyib.

Deputatın təhdidlərinə cavab verən A.24.az -ın baş redaktoru, ilahiyyatçı alim Elşad Miri Cümhuriyyət. az-a bunları söyləyib: "Q.Paşayevanın bizi məhkəməyə verib verməməsinə qarışa bilmərik. Sadəcə olaraq, təhdid dilində danışması və məlum videoadan hansısa qoxunun gəldiyini deməsi bizə qəribə gəlir. Qənirə xanım iddia edir ki, uzun müddət xəbərlərlə işləyib və bizim xəbərimizdən hansısa qoxu his edib. Vallah biz o qoxunun nə olduğunu bilmirik. Hər kəsin öz məsələsidir. Neçə dəfə zəng edib, sonra feysbukda da yazıb. Qarğış etmirəm deyib, qarığış da edib. Bir deputat olaraq ona bu hərəkətləri yaraşdırmadım. Qeyd edir ki, qadın olduğuna görə, ona qarşı belə davranırıq. Amma biz heç bir gender ayrı-seçkili salmırıq. Sadəcə, 3 il əvvəlin xəbərini paylaşmışıq. Bunun da 3 il əvvəl olduğu yazıda qeyd olunub. Onu yeni xəbər kimi verməmişik. Qənirə xanım bu xəbərdən niyə bu qədər narahatdır? Ortaya vasitəçi salıb, başqa saytlarda gedən yazıları sildirib. Bax, bu işlər anlaşılan deyil. Məhkəməyə verəndə də məsələni biləcəyik və ona uyğun addım atacağıq”.

Nurçuların vəd etdiyi təhlükəyə gəlincə, E.Miri bəyan edib ki, Türkiyədə baş verən hadisələrdən sonra nurçularla yumşaq davranmaq anlaşılan deyil: ” Gülənçilər əvvəlllər belə prinsiplərlə ortaya çıxmışdılar: "Döyənə əlsiz , söyənə dilsiz”. Amma indi görürük ki, onlar əllərinə düşən ilk imkanlardan öz məqaədləri üçün istifadə edirlər. Türkiyədə 200- dən çox insanın şəhid olmasına səbəb oldular. Bundan artıq təhlükə ola bilərmi? Onlar çox təhlükəlidirlər”.
[video=http://
Qlobal.az
3 il əvvəlin xəbərinidən Qənirə xanım niyə bu qədər narahatdır?VİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər