Fransanın məqsədi Ukraynanı rus qoşunlarından azad etməkdir - Paris
Tarix: 22-05-2022, 19:30
Baxılıb: 280
Google+ Paylaş
Tumblr Paylaş

Fransanın məqsədi Ukraynanı rus qoşunlarından azad etməkdir - Paris

22-05-2022, 19:30

Fransanın məqsədi Ukraynada Rusiyanın qələbəsinin qarşısını almaq və Ukraynanı rus qoşunlarından azad etməkdir.
Publika.az xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə dövlət katibi Klement Bon yerli telekanallara müsahibəsində deyib.
“Müharibə alovu cənab Putindir. Biz Ukraynanı işğalçıya müqavimət göstərmək üçün vasitələrlə təmin edirik, lakin özümüz müharibəyə girmirik. Ukraynalılar Rusiyada müharibə törətməyiblər. Onlar suveren bir dövlət kimi özlərini işğal edən ölkədən azad etməyə çalışırlar” - Bon qeyd edib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Moldova Prezidenti Maia Sandu ilə görüşündə ona xəbərdarlıq edib ki, müharibə Ukraynadan qonşu ölkələrə də keçə bilər. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ