loading...

Məhərrəm Əliyevin idmançı qohumu yenə adam döydü: bu dəfə ”Dalğa Beach”də

Bir müddət əvvəl Azpetrol yanacaqdoldurma məntəqəsinin əməkdaşı döydüyünə görə həbs edilən İsa Əzizov bü gün yenə qolunun gücünü göstərib. Criminal.az-ın məlumatına görə, İ.Əzizov “Dalğa Beach-Aqua Park” istirahət mərkəzinində dava salıb. O, istirahətə gələn gəncin qulağını partladıb.
Dava istirahət mərkəzində əyləncəli atraksionda sürüşərkən istifadə olunan döşəkçəni üstündə düşüb. Orda əylənən bir gəncə yaxınlaşan İ.Əzizov sürüşəndən sonra döşəkçəni ona verməsini deyib. Həmin oğlan isə döşəkçəni İsaya deyil, qıza verib. Buna əsəbləşn İsa yümruqla həmin gəncə zərbə vurub. Zərbənin təsirindən oğlan hovuza düşüb. Qulağından qan gələn gənci mərkəzin işçiləri özünə gətirib. Mühafizəşilər münaqişəni elə yerindəcə həll ediblər.
İ.Əzizov Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin yaxın qohumudur. O, belə davaları ilə bir neçə dəfə gündəmə gəlib. Hətta son davasında məhkəmnin hökmü ilə həbs edilmişdi. İ.Əzizov bu ilin yanvarında dostları 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasında oranın əməkdaşı Sadiq Bağırovu döyüb. Polis tərəfindən saxlanılan İ.Əzizov məhkəmənin hökmü ilə 30 sutka həbs edildi.
İ.Əzizov bundan başqa 2015-ci ilin mayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş.
Məhərrəm Əliyevin idmançı qohumu yenə adam döydü: bu dəfə ”Dalğa Beach”dəБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər