loading...

Lənkəranlı deputatlar Lənkəranskinin dəfninə getmədi - ÖZƏL

Deputat Hadı Rəcəbli və Rüfət Quliyev Rövşən Lənkəranskinin dəfnində iştirak etməyiblər

Bu barədə Politika.Az-a rayondan məlumat verilib

Məlumatda deyilir ki, Lənkərandan deputat olan Rəcəbli və Quliyev nə dəfndə, nə hüzr mərasimində görünübər.

Xəbərdə deyilir ki, mərhumun dəfn mərasimində qohumu olan deputat Fəzail Ağamalı ilə yanaşı rayon İcra Hakimiyyətindən də nümayəndələr iştirak edib. Bununla rayon rəhbərliyi tərəfindən xalqın ehtiramla yad etdiyi bir insana hörmət qoyulduğu ifadə edilib.

Qanuni oğru dünyasının məşhur üzvü olan R.Lənkəranskinin dəfnində izdiham yaşanıb və 25 minə yaxın insan onu son mənzilə yola salıb. Mərhumla vida mərasimi səhərə qədər davam edib. Bu da xalqın öz sevimli övladına verdiyi qiymətin göstəricisidir.

Ona görə də rayon rəsmiləri də bu fakta biganə qalmayıb. Politika.Az-ın verdiyi xəbərə görə, amma lənkəranlı olan hər iki millət vəkili dəfnə qatılmayıblar. Lənkəranda böyük biznes imkanları, ticarət obyektləri olan H.Rəcəbli və R.Quliyevin başı istirahətə, maliyyə vəsaitlərini artırmağa o qədər qarışıb ki Lənkəranskinin dəfninə də getməyiblər.

Hər halda xalqın səsi ilə mandat qazandığını iddia edən hər iki deputat insanların hörmətlə yad etdiyi bir şəxsin dəfnində ən azı deputat yox, bir lənkəranlı kimi iştirak etməli idilər. Ancaq bu laqeyd münasibəti göstərən hər iki deputatın nə başsağlığı mesajı var, nə bir çıxışı.

Kimlərsə iddia edə bilər ki, Lənkəranski kriminal avtoritet idi, oğru dünyasında yaşayırdı və parlament üzvünün on un dəfninə getməsi düzgün deyil.

Amma rayon rəsmilərindən dəfnə gedən varsa, artıq ictimai bir əhəmiyyət kəsb edən olay varsa, xalqın çiyinlərində son mənzilə gedən biridirsə, o zaman artıq mənəvi baxımdan dəfndə iştirak lazım idi.

Ən əsası - bir lənkəranlı kimi dəfn mərasimində iştirak edə bilərdilər. Bu məsələ rayon camaatı tərəfindən də qeyd olunub və deputatlar qınanıb.

Politika.Az olaraq bununla bağlı H.Rəcəbli və R.Quliyevin mövqeyini dərc etməyə hazırıq.

Politika.Az


Lənkəranlı deputatlar Lənkəranskinin dəfninə getmədi - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər