İşğaldan azad olunmuş ərazilərdə “Azərsu ASC-nin sayğacla təmin olunmuş 200-dən çox abonenti var.
reportyor.org xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
“Hazırda işğaldan azad olunmuş ərazilərdə “Azərsu”nun 4 briqadası fasiləsiz fəaliyyət göstərir. Bu briqadalar Şuşa, Kəlbəcər, Zəngilan və Hadrut qəsəbəsindədir. Bu ərazilərdə müqavilələr bağlanan və sayğaclar quraşdırılan 200-dən çox abonent var”, - deyə A.Cəbrayıllı vurğulayıb.