ABŞ kəşfiyyatından ŞOK AÇIQLAMA: rus qoşunları boş sahələrə atəş açır
Tarix: 27-04-2022, 21:43
Baxılıb: 308
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ kəşfiyyatından ŞOK AÇIQLAMA: rus qoşunları boş sahələrə atəş açır

27-04-2022, 21:43

ABŞ kəşfiyyatı rusların raket zərbələrinə qarşı ukraynalıların hava hücumundan müdafiə sistemlərininin cəld hərəkət etməsinə imkan yaratmaq məqsədi ilə kəşfiyyat məlumatlarını Ukrayna hərbi komandanlığı ilə bölüşür.
Reportyor.org xəbər verir ki, bununla bağlı adı açıqlanmayan indiki və keçmiş ABŞ hökumət rəsmiləri "NBC News"a şərh veriblər.
ABŞ administrasiyasının hazırkı və keçmiş rəsmiləri deyirlər ki, Birləşmiş Ştatlar Rusiya hava hücumlarının yeri və vaxtı ilə bağlı daim Ukrayna hərbi və siyasi rəhbərliyinə məlumat verir.
Nəticədə, Ukrayna rəhbərliyi öz hava hücumundan müdafiə sistemlərini və təyyarələrini vaxtında köçürür, ona görə də Rusiya raketlərinin boş sahələrə tuş gəldiyi iddia edilir.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü təsdiqləyib ki, ABŞ administrasiyası hərbi vəziyyətlə bağlı ən son, ətraflı məlumat paylaşır.
Keçmiş yüksək rütbəli məmurun sözlərinə görə, ABŞ kəşfiyyatı Rusiya qoşunlarını və təyyarələrini izləyən orbitdəki kommersiya peyklərindən əməliyyat məlumatlarını ötürür. 
Bundan əlavə, kəşfiyyat orqanları arasında aparılan bu məlumat mübadiləsi sayəsində işğalın ilk günlərində Ukrayna qüvvələri göyərtəsində yüzlərlə desantın olduğu böyük Rusiya nəqliyyat təyyarəsini vura bilib. Ruslar bu təyyarəni Gostomeldə hava limanına endirəcəkdilər. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ