Ən böyük problem minalardır - Hikmət Hacıyev
Tarix: 22-04-2022, 15:55
Baxılıb: 355
Google+ Paylaş
Tumblr Paylaş

Ən böyük problem minalardır - Hikmət Hacıyev

22-04-2022, 15:55

"Möhtərəm cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışla qarşımıza konseptual, proqram xarakterli istiqamət qoydu". 
Publika.az xəbər verir ki, bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 
O qeyd edib ki, Azərbaycan diasporunun qarşısında yeni çağırışlar dayanır. 
Hikmət Hacıyevin sözlərinə əsasən, erməni lobbi dairələrinin Azərbaycana qarşı təbliğat kampaniyaları davam edir: "Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə diqqət çəkmək istəyirəm. Belə qətnamə qəbul etdilər ki, guya Qarabağda erməni irsi məhv edilib. Onlar yaxşı olar ki, işğaldan azad edilmiş ərazilərə gələrək ermənilərin törətdiyi vəhşiliklərə şahidlik etsinlər". 
H.Hacıyev əlavə edib ki, digər ən böyük problem minalardır: "Humanitar mina problemi bütün bəşəriyyətin üzləşdiyi problemdir. Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında beşinci yerdədir. Bunu təəssüflə qeyd edirik".
Hikmət Hacıyev bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə Ermənistan hələ də aydınlıq gətirməyib: "Hazırda Cənubi Qafqaz regionunda sülh gündəliyi dayanır. Azərbaycan Ermənistana sülh üçün 5 maddəlik baza prinsipi təklif edib".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ