loading...

Müşfiq Rəhimovu postunda başqa Müşfiq əvəzləyəcək

Müşfiq Rəhimovu postunda başqa Müşfiq əvəzləyəcəkBaş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur.
BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisi Müşfiq Rəhimov həyata keçirir. O açdığu bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir..
Daxil olan məlumatda bildirilir ki, dövlət rüsumu 18 manat olan bəzi nömrələrin qiymətlərini şöbə rəisinin yanında olub pul qazananlar təyin edir. Mənbə bildirir ki, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə. Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girə bilmir. Elə qapıdaca Aydın adlı köməkçi özü vətəndaşa yaxınlaşıb, onunla məsələni həll edir. Əlbəttə ki, ŞİRİNliyi yerində... Mənbənin məlumatına görə, Rəhimovun siyahısında ən bahalı nömrələr OO,TT, BB, və EE seriyaları ilə başlayanlardır. 18-20 manat olan həmin nömrələrin start qiymətləri isə 2500 manatdan başlayır. Digər seriyalı nömrələr isə müxtəlif qiymətlərə satılır. Cüt seriyalı və cüt rəqəmli nömrələrin qiymətlərinə isə yaxın düşüləsi deyil. Məsələn, 99-999 dövlət nömrə nişanı fərqli seriyalarla istənilərsə qiymət 15 - 20 min manatdan başlayır. Əgər seriyanın cüt olmasını istəyirlərsə, o zaman qiymət 150 min manata qədər yüksələ bilər...
Qısası mətbuatda Müşfiq Rəhimovla bağlı kifayət qədər tənqidi yazılar gedib və bu da artıq nəticə verib.
Reportyor.org-a daxil olan məlumatlara görə yaxınlar da Müfiq Rəhimov postunda əvəzlənəcək. Onun yerinə isə Xaçmaz rayonunda 2 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi gətiriləcək. Maraqlıdır ki, onun da adı Müşfiqdir. Lakin Rəhimovdan fərqli olaraq indiyənədək işində heç bir nöqsana yol verməyib. Polis sistemində kifayət qədər təcrübəli və korrupsiyaya bulaşmamış bir şəxs kimi tanınıb. Yaqin ki, bu təyinatdan sonra BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsində olan mənfi hallara son qoyulacaq.

Reportyor.orgБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər