“Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir” - Rusiya MN
Tarix: 16-04-2022, 13:13
Baxılıb: 352
Google+ Paylaş
Tumblr Paylaş

“Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir” - Rusiya MN

16-04-2022, 13:13

Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləməyə davam edir.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində yer alıb. 
Məlumata görə, Tərtər rayonunun Yarımca kəndi ərazisində Azərbaycan ordusunun irəliləməsi qeydə alınıb. 
Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda da ordumuzun Ağdərə yüksəklikləri istiqamətində irəlilədiyi qeyd edilirdi. Məlumata əsasən, ötən ilin aprelindən indiyədək təkcə Ağdərəyə gedən yolda bir güllə belə atılmadan qanunsuz silahlı dəstələrin təxminən 13 postu boşaldılıb.
Qeyd edək ki, Yarımca kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, rayonun ləğv edilməsindən sonra Tərtər rayonuna birləşdirilib. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ