ABŞ: Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün kömək etməyə hazırıq
Tarix: 15-04-2022, 01:46
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ: Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün kömək etməyə hazırıq

15-04-2022, 01:46

ABŞ Azərbaycan və Ermənistana hərtərəfli sülhə nail olmağa kömək etməyə, həmçinin ATƏT-in Minsk qrupu vasitəsilə hazırdır.
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.
"Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq. Biz Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında aprelin 6-da Brüsseldə keçirilən görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikasını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayırıq. ABŞ dövlət katibi Entoni Blinkenin bir gün əvvəl, aprelin 5-də hər iki liderlə danışıqları zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki, ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ikitərəfli əməkdaşlıq etməyə hazırdır", - deyə N.Prays bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ