Tariyel Əkbərov necə Masalının Təhsil Şöbəsinin müdiri oldu? – Özü də qəbul imtahanında 47 bal toplayan “prorab”
Tarix: 5-04-2022, 23:10
Baxılıb: 3 786
Google+ Paylaş
Tumblr Paylaş

Tariyel Əkbərov necə Masalının Təhsil Şöbəsinin müdiri oldu? – Özü də qəbul imtahanında 47 bal toplayan “prorab”

5-04-2022, 23:10

Müdriklər də deyib ki, milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər. Son 15-20 ildə təhsilimzdəki tənəzzül  açıq-aşkar hiss olunur. Ancaq bunun qarşısını almaqla ciddi məşğul olan yoxdur. Biz əbəs yerə neçə ildir yazmırıq ki, Səhiyyə Nazirliyinin başında həkim, tibb işçisi olduğu kimi, Təhsil Nazirliyinin də başında pedoqoq dayanmalıdır.
Bu gün Təhsil Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərin hamısı ya “Narxoz”u bitirib, ya da  “politoloq”dur. İndi haqqında bəhs edəcəyimiz şəxsin isə, ümumiyyətlə, ali təhsilinin olub-olmadığı bəlli deyil. Söhbət Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovdan gedir.
Mediada yayılan məlumatlardan bəlli olur ki, bu adam  1996-cı ildə qəbul imtahanında 700 mümkün baldan cəmi 47 bal (?..) toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olmuş, 2000-ci ildə bakalavr səviyyəsini bitirmişdir.
Görəsən, 47  bal toplayan Tariyel Əkbərov necə universitet tələbəsi olub..? Bu məqamda bilirsiniz nə yada düşür..?
İllər öncə yüksək  səviyyədə  açıqlama olmuşdu ki, Tələbə Qəbul Komissiyası  12 bal toplayan məzunun balını 6-12 edir və həmin məzun Tibb Universitetinin tələbəsi olur.
Deməli, bütün bunlar həqiqət imiş. İndi Tariyel Əkbərovun avtobioqrafiyasına nəzər salaq.
Tariyel Əkbərov  bir müddət  Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində “prorab”-mühəndis işləyib.
Masallı RİH-də işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq “ riyaziyyat və informatika müəllimi” ixtisasına yiyələnmişdir.
Bu adamın, ümumiyyətlə, informatikadan, riyaziyyatdan başı çıxmır.
Adamdan soruşarlar ki, RİH-də işləyə-işləyə necə əyani təhsil almaq olar..?
Və Masallı RİH-dən işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir.
Vallahi, yazmağa adam söz də tapmır.
Axı, direktor olmaq üçün Təhsil Nazirliyinin konkret şərtləri var. Bəs bu hara getdi..?
Bəli, Tariyel Əkbərov 3 il məktəb direktoru  işlədikdən sonra  Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna keçir. Qəbul imtahanında  47 bal toplayan, RTŞ-nin müdir  müavini olmaq üçün illərlə “Dovlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Tariyel  Əkbərov  hansı yollasa imtahandan azad edilir. Nəticə olaraq sadəcə müsabiqədən keçməklə müdir müavini vəzifəsinə yiyələnir.
Hələ bu harasıdır..?
Sonra bəlli olur ki, Tariyel Əkbərovun Gəncədə aldığı diplom saxta imiş. Bunu Təhsil Nazirliyi rəsmi açıqlayıb.
Belə olan halda Tariyel Əkbərov “qaçaraq”  özünü hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə sala bilib.
Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən  Tariyel  Əkbərov  ikinci ali təhsili necə almışdır?
Ən böyük  faciə isə  2016-cı ildə  baş vermişdir.
Belə ki, 2016-cı ildə Tariyel Əkbərov Masallı Rayon Təhsil Şöbəsinə müdir təyin edilib.
Bəli, 220 minlik  Masallı camaatının təlim-tərbiyə işlərinə Tariyel müəllim rəhbərlik edir.
Allah belə rəhbərliyi kəssin.
Neçə ildir ki, Masallı məktəblərindən pullar yığılır.
Söhbət düşəndə Tariyel Əkbərov deyir ki, bu pulları tək yemirəm ki, Təhsil Nazirliyinin rəhbərliyinə də verirəm.
Deməli, Tariyel Əkbərov  tez-tez məktəblərdə əsassız  yoxlamalar təşkil edərək, məktəb rəhbərlərini prokurorluq və icra orqanları ilə hədələyib onlardan iri məbləğdə pul alır.
Bir sözlə, Masallı təhsili korrupsiya  və rüşvət içərisində batıb gedir.

TŞ-nin müdiri hətta məktəblərdə işləyən kitabxanaçıları, laborantları da işdən çıxaracağı ilə hədələyib pul tələb edir.

Tariyel Əkbərovun ən böyük korrupsiya mənbələrindən biri də….

Deməli, 65  yaşı tamam olan məktəb direktorlarını, müəllimləri işdən azad etməmək üçün hər il üçün  1000 manat alaraq işdə saxlamaqla  Tariyel Əkbərov 100 minlər qazanır.

Biz hələ Masallı təhsilindəki 100-lərə “ölü canlar”dan bəhs etmirik.

Bütün bunları yaza-yaza  düşünürük ki, görəsən təhsil naziri Emin Əmrullayev  bu boyda rəzaləti görmür..?

Növbəti yazıda RTŞ-nin müdir müavini Samit İslamovun əməllərindən bəhs edəcəyik.

Yazıda müxtəlif saytların materiallarından istifadə edilib.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

Mənbə gundelik-baku.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ