"ABŞ Moskvanı təxribata çəkməmək üçün gizli raket sınağı keçirib" - CNN
Tarix: 5-04-2022, 11:39
Baxılıb: 2 303
Google+ Paylaş
Tumblr Paylaş

"ABŞ Moskvanı təxribata çəkməmək üçün gizli raket sınağı keçirib" - CNN

5-04-2022, 11:39

ABŞ mart ayının ortalarında hipersəs raketini uğurla sınaqdan keçirib. Lakin Rusiya ilə gərginliyi artırmamaq üçün bunu gizli saxlayıb. AzVision.az xəbər verir ki bu barədə CNN müdafiə məsələləri üzrə mənbəsinə istinadən məlumat yayıb.
"Kinjal" raketini dayandırmaq mümkün deyil" - BaydenBildirilir ki, "Hypersonic Air-breathing Weapon Concept(HAWC) raketi B-52 bombardmançı təyyarəsindən buraxılıb.
Maraqlıdır ki, məlum raketin sınağı Rusiyanın Ukraynada öz hipersəs raketindən istifadə edəcəyini elan etməsindən bir neçə gün sonra həyata keçirilib.
Məqalədə o da qeyd edilir ki, ABŞ rəsmiləri iki həftədir ki, hipersəs raketin test olunması ilə bağlı susurlar. Çünki onlar Ukraynanın bombalanmasının artması fonunda Kremlin və ya prezident Vladimir Putinin yeni təxribatlar törətməməsinə çalışırlar.
O da vurğulanır ki, amerikanlar təhlükəli silahı sınaqdan keçirən zaman Bayden Avropaya, xüsusən də Polşaya səfərə hazırlaşırmış.
Xatırladaq ki, bir müddət öncə Rusiya Ordusu Ukraynanın qərbində "Kinjal" hipersəs raketlərindən istifadə etmişdi.
Bundan sonra isə ABŞ prezidenti Co Bayden deyib ki, “Kinjal”lar faktiki olaraq qarşısıalınmaz raketlər sayılırlar. "O, hər hansı digər raketlə eyni döyüş başlığına malikdir. Böyük bir fərqi yoxdur. İstisna odur ki, onu demək olar ki, dayandırmaq qeyri-mümkündür", - ABŞ lideri deyib.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ