Saakaşvilidən Samirə Bayramovaya DƏSTƏK: "Sən həqiqi qəhrəmansan!"
Tarix: 25-03-2022, 11:19
Baxılıb: 357
Google+ Paylaş
Tumblr Paylaş

Saakaşvilidən Samirə Bayramovaya DƏSTƏK: "Sən həqiqi qəhrəmansan!"

25-03-2022, 11:19

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili, ictimai fəal Samirə Bayramovaya məktubla müraciət ünvanlayıb.
Publika.az  gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Samirə Bayramova şəxsi "facebook" sosial hesabında paylaşım edib. 
Saakaşvilinin ünvanladığı məktubda deyilir:
"Əziz Samirə, heyranlığımı ifadə etməsəm olmazdı. Sən həqiqi qəhrəmansan! Fəxr edirəm ki, sənin həmvətəninəm. Ümid edirəm ki, tezliklə sənə dəstək olmağı (yanında dayanmağı) bacaracam". 
Qeyd edək ki, Samirə Bayramova heç bir partiyanın üzvü olmadığını qeyd edərək dəstək üçün sabiq prezidentə təşəkkür edib. Məlumat üçün bildirək ki, 14 mart tarixində ictimai fəal Samirə Bayramova, rus yönlü "Mühafizəkarlar Hərəkatı" partiyasının Marneulidəki ofisi və baneri üzərinə etiraz əlaməti olaraq Avropa İttifaqı və Ukrayna bayraqları çəkərək "Rusiya işğalçıdır" - deyə yazmışdı. 
16 mart tarixində isə sözügedən partiyanın üzvləri Marneuliyə "VMH" partiyasının önünə gələrək Samirə Bayramovanı "VMH" üzvü hesab edib ondan təcili ofisin banerlərini bərpa etməyi tələb etmiş əks halda isə "VMH" ofisini eyni hala salacaqlarını bildirmişdilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ