Rusiyanın ümumi itkisi 40 mindən çoxdur - Reznikov
Tarix: 24-03-2022, 14:41
Baxılıb: 264
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın ümumi itkisi 40 mindən çoxdur - Reznikov

24-03-2022, 14:41

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Rusiyanın itkilərinin sayını açıqlayıb.
Publika.az  xəbər verir ki, nazir xalqa müraciətində indiyədək Rusiyaya məxsus 100-dən çox hərbi təyyarənin, 125-dən çox helikopterin, 520-dən çox tankın, 1500-dən çox zirehli texnikanın məhv edilidiyini bildirib.
O qeyd edib ki, Rusiyanın ümumi itkisi 40 min nəfərdən çoxdur. Bu saya əsir və yaralılar da daxildir.
Reznikov Ukraynanı yenidən quracaqlarını, müharibənin ağır nəticələrinin aradan qaldırılacağını, bunun üçün beynəlxalq dəstəyə ehtiyacları olduğunu vurgulayıb.
Nazir bildirib ki, Ukrayna ordusu və Ukrayna xalqı çoxlarını məhv edə biləcək zərbəyə tab gətirib: “Mən bütün müdafiəçilərimizə, vətəndaşlarımıza təşəkkür edirəm. Bu müddət ərzində biz bütün dünyaya sübut etdik ki, Ukrayna bizim üçün hər şeydən üstündür. Uğrunda vuruşduğumuz, şəhid olduğumuz dövləti kiminsə bizim əlimizdən almasına imkan verməyəcəyik. Qəhrəman Mariupol, yenilməz Xarkov, igid Çerniqov və bir çox başqa şəhərlər, kəndlər ruslara torpaqlarımızda hökmranlıq edə bilməyəcəklərini göstərdi. Xersonda silahlı vətəndaşlarımızın ruslara müqaviməti göstərdi ki, onlar “çağırılmamış qonaqlardırlar”. Bir ay ərzində 120-dən çox ukraynalı uşaq öldürülüb. Müvəqqəti işğal edilmiş bütün şəhər və kəndlərimizin qisasını alacağıq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ