Belarus Ukraynanın Brestdəki konsulluğunu bağladı
Tarix: 23-03-2022, 20:42
Baxılıb: 281
Google+ Paylaş
Tumblr Paylaş

Belarus Ukraynanın Brestdəki konsulluğunu bağladı

23-03-2022, 20:42

Belarus bəzi ukraynalı diplomatları Minskdəki səfirliyi tərk etməyə dəvət edib və Ukraynanın Brestdəki Baş Konsulluğunun bağlanması barədə qərar qəbul edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
Qlaz deyib ki, Ukrayna Səfirliyi Belarusda "1+4" formatında, yəni səfir və dörd işçi ilə fəaliyyətini davam etdirəcək.
"Biz Ukraynanın Belarusdakı Səfirliyinin və Baş Konsulluğunun bir sıra əməkdaşlarının diplomatik statusla bir araya sığmayan fəaliyyətindən xəbərdar idik. Bu addım Ukraynanın xarici nümayəndəliklərinin bir sıra əməkdaşlarının qeyri-diplomatik fəaliyyətini dayandırmaq məqsədi daşıyır. Onlardan 72 saat ərzində ölkəni tərk etmələri tələb olunub", - Qlaz qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ