Azərbaycan sakitlik adasına çevrilib - RƏY
Tarix: 9-03-2022, 15:10
Baxılıb: 312
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan sakitlik adasına çevrilib - RƏY

9-03-2022, 15:10

“Bu gün Azərbaycan ən hörmətlə yanaşılan, beynəlxalq arenada özünün konkret yeri olan aparıcı bir dövlətə çevrilib. Bu baxımdan ölkəmizin yaratdığı reallıqlarla artıq bütün dünya razılaşıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. 
Deputatın sözlərinə görə, bunun köklü səbəbləri var: “Prezident İlham Əliyevin beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə istiqamətlənmiş siyasəti bu səbəblərdəndir. Dövlət başçısının ölkəmizin milli maraqlarına söykənən müstəqil siyasəti Azərbaycanı dünyanın nüfuzlu ölkələrindən birinə, ölkə başçımızı da dünya liderləri sırasında ən nüfuzlu liderlərdən birinə çevirib. Prezident İlham Əliyevin Baronessa Emma Nikolsonu qəbul etməsi, eyni zamanda  İtaliya Nazirlər Şurasının sədri Mario Draqinin ölkə başçısına telefon zəngi, Fransanın, Polşanın, Böyük Britaniyanın, Almaniyanın dövlət və hökumət başçılarının Azərbaycan Prezidentinə məktublar ünvanlaması, məktubların hər birində bu ölkələrin Azərbaycanla əməkdaşlıqdan məmnunluq hissi keçirməsi, mövcud əməkdaşlıqların daha da dərinləşdirilməsi, o cümlədən Azərbaycanda yeni əməkdaşlıq platformalarının həyata keçirilməsi niyyətində olmalarının, digər tərəfdən Azərbaycanla Avropa İttifaqı arasında böyük bir sazişin imzalanmasının nəzərdə tutulması, Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi fəaliyyəti Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir”. 
C.Osmanov vurğulayıb ki, dünyanın müxtəlif nöqtələrində böyük, qanlı toqquşmaların yaşandığı bir zamanda Azərbaycan bir sakitlik adasına çevrilib: “Prezident İlham Əliyevin düşünülmüş siyasəti, region və dünya ölkələri ilə qarşılıqlı əlaqələrin qurulması, o cümlədən geosiyasi reallıqları yaxından izləməsi ölkəmizi inkişaf və tərəqqi yolunu tutan dövlətə çevirib”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ