Kreml Avropanı yenidən hədələdi
Tarix: 8-03-2022, 16:35
Baxılıb: 385
Google+ Paylaş
Tumblr Paylaş

Kreml Avropanı yenidən hədələdi

8-03-2022, 16:35

Moskva “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlini dayandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlama verib. “Avropadakı enerji böhranı və “Şimal axını 2”-yə qadağa qoyulması ilə bağlı Rusiyaya qarşı əsassız ittihamlarla əlaqədar eyni qərarı qəbul etməyə və “Şimal axını 1” qaz kəməri ilə qaz nəqlinə embarqo tətbiq etməyə tam hüququmuz var”, – Novak deyib.
O qeyd edib ki, indiyədək belə bir qərar verilməyib, çünki bundan tərəflərdən heç biri faydalanmayacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ