loading...

Orta məktəbi bitirənlərin böyük əksəriyyəti savadsızdır

Nurəddin Məmmədli: «Təhsil sistemində vəziyyətin bərbadlığı ölkənin gələcək inkişafına ən böyük zərbədir»

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) II və III ixtisas qruplarına qəbul imtahanı verən 41 min 800 abituriyentdən 21 min 652 nəfər (51,8 faiz) 200 baldan aşağı nəticə göstərib. Həmin abituriyentlər aşağı nəticə göstərdikləri üçün müsabiqəyə buraxılmayıb.


Iyulun 23-də II qrup üzrə imtahan verən 22 min 135 abituriyentdən isə 10 min 621 nəfəri müsabiqədə iştirak etmək hüququ əldə edib. Imtahan verən 11 min 514 abituriyent müsabiqə şərtlərini ödəməyib, yəni keçid balını (200 bal) toplaya bilməyib.

II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.

III qrup üzrə isə 19 min 673 nəfər imtahan verib. Imtahan nəticələrinə əsasən, 9535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 min 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.

Aydın məsələdir ki, qəbul imtahanı verən abituriyentlər özünü ali məktəblərə qəbula hazır sayanlardır. Yəni orta məktəbi bitirən məzunların heç də hamısı ali məktəblərə imtahan vermir. Məzunların hardasa 52 faizi ali təhsil almaq istəyilə qəbul imtahanına gedirlər. Bu il isə qəbul imtahanlarında iştirak edən həmin 52 faizin özünün də 51,8 faizinin 200 baldan aşağı nəticə göstərməsi Azərbaycanda orta təhsilin hansı səviyyədə olduğunu deməyə əsas verir.

n_memmedli-yeni

Professor Nurəddin Məmmədli təhsilin inkişaf etdirilməsi üçün hökumətin adekvat addımlar atmadığını, nəticədə problemlərin yerində saydığını deyir. Bu sahədə vəziyyətin ildən-ilə pisləşdiyini vurğulayan professor orta və aşağı yaşayış səviyyəli ailələrin övladlarının daha böyük problemlərlə üzləşdiyini bildirir: “Maddi çətinliklər ucbatından, pullu təhsilin ödənişini həyata keçirə bilmədikləri üçün əksər ailələrin övladları təhsildən kənarda qalırlar. Bu gün Azərbaycanda təhsil sisteminin səviyyəsinin aşağı düşdüyünü deməyə kifayət qədər əsaslar var. Ən pisi də odur ki, belə probemləri həll etmirlər. Büdcədə yaranmış boşluq, sosial-iqtisadi vəziyyətin pisləşməsi ilk növbədə təhsil sistemini məhv edir. Təhsil sistemi əhatə dairəsinə görə əhalinin daha çox hissəsinin iştirakçısı olduğu bir sistemdir. Hər birimiz orta, ali təhsil, doktorantura və ya aspirantura səviyyəsində bu prosesin içindəyik. Təhsil sistemində bu gün baş verənlər bu sektorda qənaətbəxş nəticələrin olduğunu deməyə əsas vermir. Əksinə, təhsil sistemində vəziyyətin bərbadlığı ölkənin gələcək inkişafına ən böyük zərbədi.Orta məktəbi bitirənlərin böyük əksəriyyəti savadsızdırБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər