loading...

Cəlilabadın icra başçısı bahalı marka həvəsgarıdır.

Əziz Əzizovun bahalı kostyum, saat və avtomobil həvəskarı olduğu iddia edilir


Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov mətbuatın ən «məşhur» simalarından biri hesab edilir.

Onun haqqında ayrı-ayrı media qurumlarında tez-tez tənqidi materiallar gedir, başçı yeyintidə ittiham olunur. Qəribədir ki, icra hakimi hələ bu vaxta kimi özü ilə bağlı yayılan xəbərlərə reaksiya verməyib. Bu bir növ onun mətbuat nümayəndələrinə qarşı saymazyana münasibətindən irəli gəlir.

Artıq neçə illərdir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinə başçılıq edən məmur geridə qalan müddətdə şəxsi maliyyə imkanlarını xeyli genişləndirə bilib. Deyilənə görə, Əziz müəllim Cəlilabadda «halal» yolla qazandığı vəsaitlər hesabına Bakıda böyük biznes şəbəkəsi yaradıb, həmçinin bir-birindən bahalı mənzillərə sahiblənməyi bacarıb. Maraqlıdır sosial -iqtisadi vəziyyətin agır oldugu bu vaxda bu malliyyə mənbəsi hardan?

Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, milyonların içində üzən icra hakimi bahalı həyata, xüsusi olaraq da bahalı geyim və aksesuarlara həvəslidir. Etibarlı mənbənin sözlərinə görə, Əziz Əzizov ayda azı iki dəfə Bakının brend geyim dükanlarından, ələlxüsus da «Port Baku Mall»dan bazarlıq edir:

«İlk növbədə onu demək istəyirəm ki, icra başçısı bahalı telefon həvəskarıdır. Onun qiyməti 15-20 min manat arasında dəyişən bir neçə «Vertu»su var. Bundan başqa, məmur geyiminə xüsusi fikir verir. Deyilənə görə, başçının ən ucuz kostyumunun qiyməti 7 min manatdan başlayır. Onun qarderobundakı köynəklərin qiyməti isə markalarına görə dəyişir. Amma başçı 300 manatdan ucuz köynək geyinmir. Eyni zamanda onun aldığı ayaqqabı, kəmər və qalstukun da qiyməti bahadır. Əziz Əzizov qoluna vurduğu saatları isə ya İsveçdən xüsusi sifarişlə gətirir, ya da Bakıdakı məşhur saat dükanlarından alır. Deyilənə görə, bu yaxınlarda Cəlilabadda idarə müdirlərindən biri başçıya qiyməti 30 min manata olan «Hublot» markalı saat bağışlayıb».

Mötəbər mənbənin bildirdiyinə əsasən, Cəlilabadın icra başçısının bahalı maşın kolleksiyası da var.

Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər