Göyçay Suvarma Sistemləri İdarəsi 474 000 manat vəsaiti kanalların lildən təmizlənməsinə xərcləyibsə...- İTTİHAM
Tarix: 3-03-2022, 11:51
Baxılıb: 768
Google+ Paylaş
Tumblr Paylaş

Göyçay Suvarma Sistemləri İdarəsi 474 000 manat vəsaiti kanalların lildən təmizlənməsinə xərcləyibsə...- İTTİHAM

3-03-2022, 11:51

Göyçay Suvarma Sistemləri İdarəsi 474 000 manat vəsaiti kanalların lildən təmizlənməsinə xərcləyibsə...- İTTİHAM

Göyçay şəhər İbrahim Göyçaylı küçəsi 4/10 ünvanında yaşayan Hüseynov Anar Rafiq oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb.
Bir nüsxəsi də də DİA.AZ-a daxil olan müraciətdə narazı vətəndaş yazır:

"Bu şikayət ərizəmlə yazıb sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırlıb, qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz.Mən Hüseynov Anar Rafiq oğlu, ictimai-fəal vətəndaş olaraq, sosial şəbəkələrdə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun mətbuata verdiyi müsahibəyə rast gəlmişəm. Belə ki, Xalq qəzetiin 07.02.2021 tarixli nömrəsində Şakir Əhmədovun “Meliorasiya və su təsərrufatı işçilərindən yüksək məsüliyyət tələb olunur” başlıqlı müsahibəsi dərc olunub.

Müsahibədə “Son illər dövlət başçısı qarşımızda mühüm vəzifələr qoyub. Biz də çalışırıq ki, bu vəzifələri uğurla həyata keçirək”. “Keçən il Göyçay çayının məcrasında mühüm işlər aparılmışdır. Kanallarda 474 kilometr lildən təmizləmə işləri görülmüşdür. Üç ədəd qurğuda təmizləmə və təmir işlərini yekunlaşdırmışıq. Qarayazı beton kanalında əsaslı təmir işləri aparılmışdır. Əlbəttə, bunlar hamısı dövlət vəsaiti ilə reallaşdırılmışdır”

Lakin bu müsahibə dərc olan tarixdən 3 ay sonra,yəni 03.05.2020 tarixində mətbuatda “Göyçay rayonunun Məlikkənd,Qaraməryəm,Yekəxana kəndlərində su problemi” başlıqlı yazı dərc olunub. Yazıda “kənd camaatı 22.04.2020-ci il tarixində Göyçay rayon icra hakimiyyətinin qarşısına toplaşmağa cəhd ediblər.Polis onları kənarlaşdırmağa çalışsa da, qarşıdurma yaranıb və səs-küyə icra başçısı çıxıb.Kənd sakinlərinin sözlərinə görə o, problemi dinləyəndən sonra müvafiq tədbirlər görüləcəyinə söz verib.
Ancaq əfsusslar olsun ki, yenə 3 ay sonra avqust ayında Bəydövül kəndində su qıtlığına görə kütləvi aksiya keçirildi.

Daha sonra susuzluqdan əziyyət çəkən Çaxırlı kənd sakinləri Göyçay Rayon İcra Hakimiyyəti binasının qarşısında aksiya keçiriblər.Beləliklə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov 5 kənddə yaşayan 7836 nəfər sakini hökumətdən narazı salır. Göründüyü kimi, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun dövlət qəzetinə verdiyi müsahibənin yalan saxta olması subut olundu.

Odur ki, 474 km kanallarda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb. Hər bir 1 metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Belə küllü miqdarda dövlət vəsaiti xərclənib, kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır ?
Eyni zamanda Qarayazı beton kanalında əsaslı təmir zamanı, dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmir üçün tərtib edilmiş lahiyə smetada betonlaşmada armaturdan istifadə edilməsi qeyd edilib.Bununlada Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin küllü miqdarda vəsaitini mənimsəmişdir".
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ