Sahibkar oğurlanan əmlakı ilə bağlı Vilayət Eyvazov və Kamran Əiyevdən kömək istədi – MÜRACİƏT/VİDEO
Tarix: 25-02-2022, 14:14
Baxılıb: 1 137
Google+ Paylaş
Tumblr Paylaş

Sahibkar oğurlanan əmlakı ilə bağlı Vilayət Eyvazov və Kamran Əiyevdən kömək istədi – MÜRACİƏT/VİDEO

25-02-2022, 14:14

Binəqədi rayon Biləcəri yolu döngə 4 ünvanında yaşayan sahibkar Cəfərquliyev Rasim Əmirəhməd oğlu  Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova, Baş Prokuror  Kamran Əliyevə, Abşeron Rayon Prokuroru Ədiliyyə Müşaviri Qabil Qasımovdan kömək istəyərək müraciət edir.


Müraciətdə deyilir:

Yazıb sizlərdən xahiş edirəm ki, bir kiçik sahibkar kimi taptalanmış hüququmun bərpasına və mənə dəymiş ziyanın ödənilməsində mənə kğməklik edəsiz. Abşeron rayonu Xırdalan şəhəri Mehti Hüseinzadə küçəsi (keçmiş Əmlak Komitəsinə məxsus binanın) ərazisində yerləşən yerdə mənə məxsus Mebel və Park üçün avadanlıqların istehsalı seximdə mən olmadığım biz zamanda və heç-bir xəbərdarlıq edilmədən gecə gizli olaraq ağır texnika ilə binanı uçurdaraq içərisində  80 min manatlıq işlənməmiş, bütün avadanlıqlarımı və istehsal etdiyim məhsullarımı bərbat günə salaraq texnika və canlı qüvvə vasitəsi ilə  küçəyə yağış altına atmışdılar. Bu baxımdan mənə ümumilikdə dəyən ziyanın səbəbkarı  Xırdalan “EKO PARK” təmsilçisi Süleymanın göstərişi ilə Neymətov Zaur Beykəs oğlu tərəfindən həyata keçirildiyin deyə bilərəm. Mənə 19.12.2021 cü il tarixdə mənim seximə yaxın olan sexlərin birinin işçiləri zang edərək bildirmişdilər ki, bütün avadanlıqların qırılaraq sökülərək küçəyə səpələyiblər. Mən dərhal öz seximə gəldim və gördüm ki, sözün həqiqi mənasında sanki vandalizim törədilib. Bu olanları təşkil edən adamları axtararaq tapdım və bildirdim ki, mənim qırılıb sökülən avadanlıqlarımı və məhsullarımı niyə icazəs və özbaşına bu vəziyyətə gətirmisiz? Cavab olaraq “EKO PARK”-ın müdiri kimi özünü təqdim edən Süleyman adlı bir şəxs bildirdi ki, buranı almışam özüm bilərəm necə edərəm. Etirazımı bildirdikdə ki, sizin bu etdikləriniz qanunsuz və özbaşınalıqdır. Cavab olaraq Süleyman müəllim yenidən, get kimə və hara istəyirsən şikayət et bildirdi. Mən Süleyman müəllimə bildirəndə ki, əgər sizin gördüyünüz iş qanunidirsə niyə gecə saat 2 radələrində heç kimin olmadığı bir vaxtda aparılıb ? Sualım bu dəfə cavabsız qaldı. Yenidən bildirəndə ki, yaxşı qırıb dağıtmısız bunu bağışlamək olar bəs niyə mənə mxsus məhsullarımı fəhlələriniz təfəindən oğurlatmısız? Yenə də sualım cavabsız qaldı.

Cənab Vilayət Eyvazov Cənab Kamran Əliyev sizlərdən bir vətəndaş olaraq çox xahiş edirəm ki, mənə qarşı olan bu haqsızlığa və dəymiş ziyana görə lazımı göstəriş verəsiz. Əlavə onu da qeyd edirəm ki, seximə qanunsuz daxil olan “EKO PARK”-ın nümayəndələri müştəri tərəfindən mənə verilən 1500 manatı da seyfimdən oğurlayıblar. Mən bu olan hadisə ilə bağlı dərhal DİN-nin 102 qaynar xəttə zəng edərək şikayət etdim.

Ancaq, hadisə yerinə gələn Abşeron rayon Polis İdarəsinin əmkdaşları  bizi polis idarəsinə dəvət etdilər. Mənə dəymiş ziyanın miqdarı və maddi hesabatı haqqda izahatım polis idarəsində alındı. Ancaq onu da vurğulayıram ki, mənə dəymiş ziyanı hesablamaq çətin olduğundan təxmini qiymətləndirmə ilə izahatımda da vurğulamışam. Ona görə təxmi hesablamışam ki, məhsullarımın bir hissəsi dağıdılıb və bir hissəsi oğulandığından izahatımda tam dəymiş ziyanı göstərə bilməmişəm. İzahatımdan sonra Abşeron rayon Polis İdarəsində mənə iki polis əməkdaşı və bir hal şahidi qoşaraq dedilər ki, gedin “EKO PARK”-n sahibi Süleyman müəllim yanına dəymiş ziyanı hesablayın və ödətdirin. Polislərin və hal şahidinin iştirakı ilə bütün xarab olmuş malların siyahısı hazırlandı və şirkət tərəfindən pulun topdansatış qiyməti ilə ödəniləcəyi öhtəlik götürüldü. Ancaq bir gün sonra pulu ödəməkdən şirkət imtina etdi. Mən çarəsiz qalaraq qırılmış və yarasız hala salınmış mallarımı12 gündən sonra götürməyə məcbur olanda bildim ki, aşağıdakı mallarım oğurlanmışdır.

Dəymiş ziyanın sayı və qiyməti : 1. Taxta qapı 300 AZN 2. Türkiyə İstehsalı olan stol 800 AZN 3. Laminat MDF və sair 650 AZN 4. Ayağı dəmir stol 140 AZN 5. Almaz xüsusi 120 AZN 6. Kəsici daş D 115 iki paçka 28 AZN 7. Kəsici daş D 215 bir baçka 22 AZN 8. İşıq su altında qalan və qırılanlar 140 ədəd 1260 AZN 9. İşıq karopka iki ədəd 30 ədəd 1050 AZN 10. Seyfdən götürülmüş pul 1500 AZN 11. Ofis stolu dəst 700 AZN 12. Kraska 30 litr 152 AZN 13. Moyka üstü mərmər 250 AZN 14. Şrup 20 paçka 70 AZN 1. Qapı Bundan əlavə çölə atılmış malların yenidən bərpası üçün 7000 min manat vəsaitə ehtiyac vardı.”Reportyor.tv”


Ətraflı videoda:
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ