loading...

Cəlilabadda Əziz Əzizov kimi həbs etdirmək isdəyir?

Cəlilabadda rayonunda acınacaqlı vəziyyət pik həddə çatmaq üzrədir.

Buna səsbəb rayonda həbs hədələrin olduğu bildirilir. Belə ki, Cəlilabad rayonunda ziyalı ailəsində anadan olan və hal-hazırda müəllim işləyən Ramin Sadıqlının həyatı təhlükədədir.

Bir müddət əvvəl Cəlilabad RİH-nin başçısı Əziz Əzizovun sifarişi əsasında həbs edilsədə sonradan sərbəst buraxılan və rayonda daim təziyiq altında saxlanılan Ramin Sadıqlı çıxış yolunu ölkəni tərk etməyində görür. Əslində, R. Sadıqlıya qarşı ədalətsizlik onu susdurmaq deyil. Tam dəqiqliyi ilə desək onun sosial şəbəkələrdə statusları "bəzi iş" verənləri bərk narahat edib. Əldə etdiyimiz son məlumatlara görə, R. Sadıqlının şərləyib həbs edilməsinin “dabrosu” artıq verilib.

Təəsüf hissi ilə qeyd etməliyik ki, rayona rəhbər təyin edilən Əziz Əzizov ölkə başçısının etimadını doğrultmur. Ən azından “vətəndaşlara xitməd edin” tapşırığının əksini gördük. Cəlilabadda üzüm bağları zəbt edildi, rayon sakinlərinə məxsüs torpaqlar işğal edildi, haqqını tələb edən sakinlər həbslə hədələndi və digər neqativ hallar bir daha sübüt etdi ki, Ə.Əzizov icra başçısı vəzifəsini icra edə bilmir.

İndicə əldə etdiyimiz məlumatlara görə, Cəlilabad RİH-nin başçısı Əziz Əzizova məlumat verilib ki, dosye.org saytına təhsillə bağlı informasiya ötürən məhz Ramin Sadıqlıdır. İnformasiya agentliyi olaraq bir daha bəyan edirik ki, rayonda kifayət qədər narazı kütlə peyda olub. Məgər yaxını uzaqdan görmək o qədər müşkül məsələdir? Digər tərəfdən Ə. Əzizovun nəzərinə çatdırmaq istəyirik ki, R. Sadıqlının məlumatlarına zərrə qədərdə olsa ehtiyacımız yoxdur.

Əlavə üçün bildirək ki, Cəlilabad RİH-nin başçısı Əziz Əzizov mühüm vəzifəyə “transfer” olunmazdan əvvəl tramvay ustası kimi tanınıb. Gözlənilməz təyinat məhz tramvay ustasının icra başçısı olmasıdır. Elə bu səbəbdən həvalə olunan işin öhtəsindən gələ bilməyən icra başçısı olduqca ağır durumdadır. Əgər adı hallanan icra başçısı yazdıqlarımızın əlehinə qərar verəcəksə deməli rayonda gestapol rejimini yaradn elə özüdür. Yox, əgər qeyd etdiyimiz faktları qəbul edirsə, deməli Ə. Əzizovun çıxış yolu vəzifəsindən getməkdir. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Elman Nigaran

Dosye.org

Əzizov Əziz İmran oğlu — Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı

HəyatlCəlilabadda Əziz Əzizov kimi həbs etdirmək isdəyir?

9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur.

Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər