Rusiya nəyə görə Ukraynaya qarşı bu qədər MARAQ GÖSTƏRİR?
Tarix: 20-02-2022, 00:45
Baxılıb: 484
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya nəyə görə Ukraynaya qarşı bu qədər MARAQ GÖSTƏRİR?

20-02-2022, 00:45

Bəziləri üçün Ukrayna, ümumiyyətlə, Rusiyanın bir hissəsidir, bir çox başqaları üçün isə Avropa İttifaqı ilə Şərq qonşusu arasında sıxılıb qalan "sərhədboyu torpaqdır"
 
İsveç jurnalisti bu ölkə barəsində 10 əsas suala cavab verməyə çalışıb.
 
Hamı Ukraynadan danışır - axı, bu, nə ölkədir?
 
REPORTYOR.ORG Moderator.az-a istinadən xəbər verir ki, "Dagens Nyheter" nəşrindən Mikael Viniarski ( Michael Winiarski) bu gün azadlığa çıxmağa can atan ölkə haqqında 10 suala cavab verib.
 
1. Ukrayna demokratiyamı deməkdir?
 
Əhəmiyyətli məsələlərdə, bəli, bunu demək olar, amma bununla bağlı böyük çatışmazlıqlar var.
Birincisi, siyasət və cəmiyyətin bütün sahələri korrupsiyaya uğrayıb. Beş güclü oliqarx- Rinat Əhmədov, İqor Kolomoyski, Pyuotr Poroşenko, Viktor Pinçuk və Viktor Medvedçuk iqtisadiyyatın böyük bir hissəsinə, televiziyaya və,  deməli, siyasətə nəzarət edir.
Transparency İnternational təşkilatının məlumatına görə, Ukrayna şəffaflıq göstəricilərinə görə 180 yerdən 122- ci yerdədir. Orada ləyaqətli söz azadlığı mövcuddur, parlament və prezident sərbəst seçki yolu ilə seçilir, bunları Putin Rusiyası haqqında demək olmaz. Hazırki prezident Vladimir Zelenski 2019- cu ildə prezident seçiləndə siyasi autsayder olub. Onun doğma dili rus dilidir, özü isə yəhudi ailəsindəndir, bu isə özlüyündə Kiyev rejiminin "nasist" olması və çoxmillətli ölkədə rus dilini və rusdilli əhalini sıxışdırması barədə Rusiyanın iddiaları ilə zuddiyyət təşkil edir.
 
Qeyri-demokratik Rusiyadan əsas fərq ondan ibarətdir ki, məhz Ukraynanın əhalisi ölkəni hüquqi, demokratik və müstəqil dövlətə çevrilməsinə sövq edirdi.
Hər şey 2004- cü ildə "narıncı inqilab"dan başladı, Viktor Yuşşenko demokratik yolla prezident seçildi. Amma Putin öz əlaltısı Viktor Yanukoviçi seçkilərdə dələduzluq yolu ilə hakimiyyətə gətirdi.
Daha sonra 2014- cü ildə "Avromaydan" zamanı Yanukoviç Ukraynanın Avropa İttifaqı ilə assosiasiya olunması barədə sazişi imzalamaqdan imtina etdi. Nəticədə paytaxt Kiyevdə və başqa şəhərlərdə, əsasən, dinc nümayişlər başlayıb, lakin hakimiyyət bu etirazların qarşısını qəddarlıqla alıb, fevralda 100 nəfər etirazçı Müstəqillik meydanı olan Maydanda qətlə yetirilib. Nəticədə Yanukoviş Rusiyanın FTX kəşfiyyat xidmətinin köməyilə Rusiyaya qaçıb. Qərbyönümlü müxalifət hakimiyyətə gəlib və Pyotr Poroşenko prezident seçilib.
 
2. Rusiyalılarla ukraynalılar arasında əlaqələr nə dərəcədə möhkəmdir?
 
Onların arasında ümumi cəhətlər çoxdur- mədəni, linqvistik, tarixi, dini nöqteyi-nəzərindən və hətta kulinariya sahəsində (borş, araq, pelmenlər). Bir çox ukraynalıların Rusiyada qohumları var. Rusiyada ən azı iki milyon ukraynalı var, onların nə qədərinin orada işləməsi məlum deyil. Və, əksinə, ruslar Ukraynada nəzərəçarpacaq milli azlıq təşkil edir, əhalinin son siyahıyaalınmasının nəticələrinə görə, onlar əhalinin 17 faizini təşkil edir. Əsasən rus dilində danışanlar daha çoxdur, təxminən 30 faizdir, özünü ukraynalı hesab edənlərin də doğma dili rus dili olaraq qalır.
 
Ukrayna dilindən dövlət dili kimi getdikcə daha çox insan gündəlik həyatlarında istifadə edir.
 
Eyni zamanda ukraynalıların böyük hissəsi hər iki dildə sərbəst danışır.
 
Putin deyib ki, ruslar və ukraynalılar mahiyyətcə bir xalqdır, eynilə 19- cu əsrdə Moskvada yaşayan ukraynalıları alçaldıcı şəkildə "malorosslar" ( kiçik ruslar- red.) adlandırırdılar. Onun bu dəlili Ukraynanın Rusiyanın tərkibinə daxil edilməsinin xeyrinədir, amma eyni zamanda məhz buna görə potensial hərbi müdaxiləyə haqq qazandırmaq onun üçün daha da çətinləşir, çünki belə olan təqdirdə çoxsaylı "həmvətənlər"inin həlak olmasına görə məsuliyyət daşımaq lazım gələcək.
 
3. Ukrayna 1991- ci ildə müstəqillik qazananda hər şey necə baş verib?
 
Bu, qəflətən, 1991- ci ildə son sovet lideri Mixail Qorbaçova qarşı baş tutmayan dövlət çevrilişi nəticəsində Sovet İttifaqı dağıldıqdan sonra baş verib.
1991-ci ilin dekabrında Rusiya Federasiyasının prezidenti Boris Yeltsin Ukrayna və Belarus respublikaları liderləri ilə birlikdə SSRİ-nin kollapsını sona çatdırdı. Lakin o zaman müstəqil Ukrayna dövləti ilk dəfə yaranmadı. Bunadək son dəfə 1917- ci ildə rus inqilabından sonra hökm sürən xaos və vətəndaş müharibəsi şəraitində Ukrayna qeyri-kommunist xalq respublikası kimi doğuldu. Bu dövləti rus bolşevikləri süquta yetirdilər. Bundan əvvəl milli müstəqilliyə cəhdlər kazakların daha güclü qonşularına- Reç Pospolitaya və Moskva imperiyasına qarşı mübarizədə özünü ifadə edib. Həm Rusiya, həm də Ukrayna özlərini 9- cu əsrdə əsası qoyulan Kiyev Rusiyasının və ya Kiyev çarlığının varisləri hesab edir. Orta əsrlərdən bəri bir neçə yüziliiklər ərzində Ukraynanın böyük bir hissəsi Rusiya imperiyasının tərkibində, qərb hissəsi isə gah Avstriya-Macarıstanın, gah da Polşanın tərkibində olub.
 
4. Nəyə görə Ukraynanın bayrağı sarı və mavi rəngdədir?
 
Mavi sahə Ukrayna üzərində aydın səmanın rəmzidir, sarı rəng isə geniş buğda sahələdir. Bu heç də İsveç kralı XII Karlın şərqə yürüşlərinin irsi deyil. Bu bayraq öz kökü ilə müasir Ukraynanın qərbində orta əsrlərdə mövcud olan Qalitsk-Volın knyazlığına aparıb çıxarır. O, 1848- ci ildən milli azadlıq rəmzi olub və qısa müddət mövcud olan Ukrayna xalq respublikası tərəfindən 1917-1920-ci illərədək istifadə edilib.
Sovet İttifaqında mavi-sarı bayraq qadağan edilib, o bayrağı asanlar "antisovet təbliğatı"na görə cəzalandırıla bilərdi.
28 yanvar 1992- ci ildə Ukrayna sovet respublikasının qırmızı-göy bayrağı indiki mavi-sarı bayrağa dəyişilib.
 
5. Ukraynalılar NATO-ya daxil olmaq istəyirlər, yoxsa yox?
 
Ukraynanın müstəqil dövlət olmasından keçən 30 il ərzində Viktor Yanukoviç istisna olmaqla  bütün prezidentlər Ukraynanın NATO- ya üzv olmasının lehinə olub. Lakin ilk 20 ildə əhalinin böyük hissəsi Qərbin bu müdafiə alyasına üzv olmağın əleyhinə olub. Rusiyanın 2014- cü ilin fevral- martında Ukraynaya qarşı hərbi təcavüzü ictimai rəyin  radikallaşmasına rəvac verib. Hələ 2013- cü ildə ukraynalıların 66 faizi NATO-ya üzv olmağa "yox" deyib, cəmi 20 faiz "hə" deyib. Amma 2014- cü ilin martında, Ukraynanın Krım yarımadası Rusiya tərəfindən ilhaq ediləndə, bu rəqəmlər müvafiq olaraq 47 faiz lehinə, 44 faiz əleyhinə olub. Sonradan Ukraynanın şərqində müharibə illərində vətəndaşlar arasında NATO-ya dəstək verənlərin sayı durmadan artmağa başlayıb. Rusiya Ukraynanı mühasirəyə almaqda davam eydiyinə görə hazırda bu suala respondentlərin 64 faizi müsbət, yalnız 17 faizi mənfi cavab verir.
 
6. Ukrayna nə dərəcədə böyük ölkədir?
 
Çoxları bu barədə düşünmür və ya, sadəcə, bunu bilmir, amma Ukrayna Fransadan böyükdür və,ümumiyyətlə, ərazisinə görə Avropanın ( Rusiyanı saymasaq) ən böyük dövlətidir.
Əhalisi 44 milyon, İspaniyadan bir qədər azdır.
 
7. Nəyə görə Rusiya Ukraynaya qarşı bu qədər maraq göstərir?
 
Birinci amil tarixi-sentimentaldır. Sovet imperiyasının itirilən hissəsidən yaranan fantom ağrılardır.
İkinci aspekt strategiya və təhlükəsizliklə bağlıdır. Əgər Ukrayna Qərbin və hətta NATO- nun bir hissəsi olarsa, belə narahatıq var ki, Rusiya daha həssas olar, müttəfiq və ya neytral Ukraynanın güclü bufer rolundan məhrum olardı.
Üçüncüsü, Ukrayna  müasir sənayesi, ən böyük dəmir filizi ehtiyatları ilə dünyanın ən zəngin ölkəsisdir. Bu ölkə kənd təsərrüfatı məhsullarının ( günəbaxan yağı, qarğıdalı, buğda) ən iri ixraatçısı, habelə müdafiə texnikası, realtiv və raket mühərriklərinin iri istehsalçısıdır.
 
Digər tərəfdən, orada əhali əsasən kasıbdır, orta əmək haqqı təxminən ayda 4 min İsveç kronu ( təxminən 730 manat) , məsələn, Polşada bu rəqəm 12 min İsveç kronu ( təxminən 2200 manat) təşkil edir.
 
8. Çernobıl ölkəyə necə təsir edib?
 
1986-cı ilin aprelində Kiyevdən şimalda yerləşən Çernobıl AES- in reaktorlarının birində baş verən partlayış nəticəsində radioaktiv hissəciklər buludu Avropanın xeyli hissəsinin üzərinə çöküb. Bu günədək bu, dünyada ən dəhşətli nüvə qəzası hesab edilir, qəza zamanı ən azı 30 nəfər dərhal həlak olub, sonradan radiasion zəhərlənmədən nə qədər insanın ölməsi məlum deyil. Ən çox zərər çəkən Belarus olub, oraya radioaktiv çöküntünün 70 faizi düşüb. Sovet hökuməti fəlakətin miqyasını gizlətməyə cəhd etsə də, nəticədə qəza rayonundan 350 min insanı evakuasiya etməyə məcbur olub. Buna qədər hakimiyyət orqanları adi rejimdə Kiyevdə, Çernobıldan 100 km aralıda 1 May bayramında parad keçirməyə qərar verib. Beləliklə, on minlərlə insanın sağlamlığı təhlükəyə məruz qalıb.Bu, kommunist hakimiyyətinə etimadı sarsıdıb və nəticədə Sovet dövləti süqut edib.
 
9. Rusiyanın Ukraynaya münasibətdə siyasətini  uğurlu saymaq olarmı?
 
Yox, bu siyasət məhsuldar olmayıb. Kreml tərəfindən törədilən böhranlar- 2014- cü ildə Krımın ilhaqı, sonradan Donbasa qarşı təcavüz, indi isə böyük müharibə təhlükəsi ona gətirib çıxarıb ki, Rusiya mərhələ-mərhələ Ukraynanı həmişəlik "itirib". Rusiyanın qardaş slavyan ölkəsi üzərində az qala dörd əsrlik hakimliyindən sonra onun təsiri hazırda azalıb. Üstəlik, Kiyev knyazlığının Moskvada daha Rusiya imperiyasının beşiyi hesab edilməməsi acı təəssürat doğurur.
 
Və burada günahkar əsas etibarilə Rusiyanın özüdür. Putinin öz qonşusunu Rusiya imperiyasının tərkibinə qatmaq cəhdləri əks effekt verib. Öz təhdidlərilə Putin heç kimin edə bilməyəcəyini edib: sıx birləşən Ukrayna millətini formalaşdırıb. Öz müharibələri ilə o, bir çox nəsillər üçün düşmən obrazı yaradıb. Moskva rəhbərləri sovet rəhbərləri kimi hələ də anlamır ki, nə dostluğa, nə də sevgiyə məcbur etmək mümkün deyil.
 
10. Doğrudanmı Ukrayna "parçalanmış ölkə"dir?
 
Müəyyən mənada, bəli. Lakin getdikcə ziddiyytlər azalır, həm də ona görə ki, Rusiya tərəfdən xarici təhlükə milləti sıx birləşdirir. Əhalinin əksəriyyəti azad və bütöv Ukraynanı arzulayır.
 
Mən 2014- cü ilin martında Ukraynada olarkən, təxminən Rusiya Krımı ilhaq edən zaman cəmiyyətdə əhval-ruhiyyə birmənalı olmayıb. Şəhərdə rusiyayönümlü böyük nümayiş keçirilib. Xarkovun Donetsk və Luqanskın yolunu gedəcəyi və onu da "yaşıl adamlar"ın ələ keçirəcəyi sualı havadan asılı qalıb. Meydanda Leninin böyük heykəli qarşısında sovetlərin oraq və çəkic əks edilən bayrağı dalğalanırdı.
 
Yaşlı bir qadın əllərində "Ukrayna-Avropa deyil!" yazılan plakat daşıyırdı. Onun yanında qəzəblənən bir xanım "Bizə geyAvropa lazım deyil!" yazılan transparant tutmuşdu.
 
Mən onlardan cavan yaşda olan Vitalidən soruşdum: "Bəyəm Ukrayna Avropada yerləşmir?"  Əgər Ukrayna Avropa üçün açılarsa, bəyəm bu, homoseksualların yürüşü üçün təhlükə törədəcək?"
 
O, mənim bu sualıma cavab vermədi, əvəzində dedi ki, Putin gəlib vəziyyəti yoluna qoyacaq:
 
"20 il əvvəl biz Sovet İttifaqının bir hissəsi idik, 200 il əvvəl isə biz çar Rusiyasının bir hissəsi olmuşuq, ona görə də birləşməyimiz təbii olacaq",- Vitali belə deyib.
 
Səkkiz il sonra rusiyayönümlü səslərin sayı azalıb, bu gün Xarkovda miqyaslı siyasi nümayişləri görmək olar, sakinlərin bir çoxu, o cümlədən rusdillilər arasında Ukraynanı Rusiyadan xilas etmək üçün könüllü dəstələrin tərkibində təlimlərdə iştirak edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ