“Ermənistan” BLOKU: “Nikol Paşinyana görə, QARABAĞ AZƏRBAYCANDIR”
Tarix: 17-02-2022, 00:58
Baxılıb: 1 926
Google+ Paylaş
Tumblr Paylaş

“Ermənistan” BLOKU: “Nikol Paşinyana görə, QARABAĞ AZƏRBAYCANDIR”

17-02-2022, 00:58

İrəvan və Ankaranın hazırkı Ermənistan-Türkiyə prosesinin ilkin şərt olmadan getdiyi barədə açıqlamaları açıq-aşkar yalandır.
 
Bunu fevralın 16-da jurnalistlərlə görüşündə “Ermənistan” müxalifət blokundan olan deputat, layihənin təşəbbüskarı Andranik Tevanyan deyib.
 
Millət vəkilinin sözlərinə görə, Türkiyənin bütün ilkin şərtləri ya artıq yerinə yetirilib, ya da yerinə yetirilməkdədir.
 
“Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına görə, Qarabağ Azərbaycandır. Ümumiyyətlə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tezisini böyük həvəslə müdafiə edir. O, Qarabağı da ora daxil edib”, - deyə Tevanyan gileylənib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ