loading...

Təhsil Nazirliyyi Prezidentin fərmanlnl saymir......Qazax rayonunda himayyə olunan mekteb direktoru...

Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru, 67 yaşlı Bəsti Ələkbərova artıq düz 33 ildir ki, bu təhsil müəssisəsinə rəhbərlik edir

Məlum olduğu kimi, bəzi yüksək vəzifəli məmurların asan qazanc əldə etmək məqsədilə yol verdikləri qanun pozuntularının bir növü də himayədarlıqdır. Lakin onların bu “fəaliyyət növü” əksər hallarda cəmiyyətə digər, daha ağır korrupsiya əməllərindən doğan fəsTəhsil Nazirliyyi Prezidentin fərmanlnl  saymir......Qazax rayonunda himayyə olunan mekteb direktoru...adlardan heç də az ziyan vurmur. Məhz yüksək vəzifəlilərin himayədarlıqları nəticəsində bir çox strateji əhəmiyyət kəsb edən vəzifələrdə bəzən səriştəsiz, bəzən savadsız, bir sözlə tutduğu vəzifənin tələblərinə cavab verə bilməyən kadrlar otururlar. Bundan əziyyət çəkənlər isə, yenə də sadə vətəndaşlar olur. Xüsusilə bu kimi hallara bu gün təhsil sahəsində də kifayət qədər rast gəlmək olur. O cümlədən, rayon və bölgələrdə fəaliyyət göstərən təhsil şöbələrinə, kollec, məktəb və liseylərə də bir çox hallarda məhz bu səbəbdən “öz yerində olmayan” kadrlar rəhbərlik edirlər. Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə, bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi hallarına nə ad vermək olar? İnkar etmək olmaz ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi rüşvət yığımları da məhz “himayədə olan”direktorlar tərəfindən həyata keçirilir.

Bu deyilənlərə nümunə kimi, bizimdovr.az-a Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru barədə təqdim olunmuş bəzi açıqlamaları nəzərdən keçirə bilərik. Məlumatda deyilir: “Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova artıq düz 32 ildir ki, bu təhsil müəssisəsinə rəhbərlik edir. 2015-ci ilin dekabr ayının 16-da 66 yaşı tamam olmuş bu direktor, nədənsə hələ də təqaüdə çıxarılmayıb. Səbəb də budur ki, ona bu məqsədlə güclü dəstək verən insanlar var. Hətta deyilənə görə, direktor bu dəstəyi eyni zamanda həm paytaxt Bakıdan, həm də Qazax Rayon İcra Hakimiyyətindən alır. Bu himayədən bəhrələnən Bəsti Ələkbərova isə, rəhbərlik etdiyi məktəbdə törətmədiyi özbaşınalıq qoymayıb. İlk növbədə Qazax şəhər 1 saylı tam orta məktəbində işə qəbul məsələlərində ciddi problemlər mövcuddur. Məsələn, hazırda məktəbin idman müəllimi direktorun öz oğludur. Halbuki, bu müəllimin işə qəbul üçün təqdim edə biləcəyi ali təhsil barədə yeganə sənəd, özəl universitetlərdən biri tərəfindən verilmiş ekoloq diplomudur. Buna görə də, idman müəllimi kimi işə qəbul olunmaq üçün, həmin şəxs sonradan Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialından ixtisasdəyişmə kursu keçdiyi barədə sənəd almalı olmuşdur. Həmçinin məktəbdə ədəbiyyat müəlliməsi işləyən İlhamə Məmmədova da direktorun ailə üzvü, gəlinidir. Həm də İlhamə müəllimə eyni zamanda direktorun pulyığanı vəzifəsini də həyata keçirir. Bundan başqa isə, məktəbdə adı olub, özü olmayan müəllimlərin də sayı kifayət qədərdir. Əslində elə yuxarı sinif şagirdləri ilə bağlı vəziyyət də 1 saylı məktəbdə eyni durumdadır. Belə ki, repetitor məşğələlərinə, hazırlıq kurslarına gedən şagirdlər müəyyən məbləğ müqabilində məktəb dərslərindən tam azad olunurlar. Hətta iş o yerə çatıb ki, məktəbin sinif jurnallarında paytaxt Bakıda yaşayan və orada hazırlıq kurslarına gedən şagirdlərin adları da çoxluq təşkil edir. Bütün bu maxinasiyalar isə, ayda külli-miqdarda qeyri-qanuni gəlir deməkdir ki, bu gəlirin də böyük bir hissəsi məhz Bəsti Ələkbərovanı Qazax RİH-də himayə edən şəxsə təqdim olunur...”

Yeri gəlmişkən, bunu da qeyd edək ki, aldığımız açıqlamaya görə, elə Qazaxın özündə bu cür himayədən yararlanaraq, hətta 70 yaşına qədər belə məktəb direktoru vəzifəsində qalan kadrlar da var.

Reportyor.org olaraq Qarsi tərfi dinleməyə hazlrlq...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər