loading...

Binəqədi rayonunun balansında olan və ümumilikdə 3500 ha əraziyə malik Novxanı, Fatmeyi və Goradil qəsəbələri Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilib.

Tarixən Binəqədi rayonunun ərazisi hesab olunan sözügedən qəsəbələrin taleyi ilə bağlı qərarı bu günlərdə verilib. Bu barədə istiqlal.az-a Binəqədidəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, hazırda hər üç qəsəbədə aparılan tikinti işlərinə bir aylıq məhdudiyyət qoyulub. Bu da sözügedən ərazilərdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına verilən qeyri-qanuni “icazələr”in araşdırılması ilə bağlıdır. Daha çox dəbdəbəli bağ evlərinin tikintisinin aparıldığı bu ərazilərdə insanlardan külli-miqdarda pul alındığı söylənilir.

Qeyd edək ki, 1 ay əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin yeni başçısı Zakir Fərəcovla Binəqədinin icra başçısı Xaləddin İsgəndərov arasında 200 metr torpaq sahəsinə görə qalmaqal yaşanmışdı. Qalmaqala səbəb isə Zakir Fərəcovun göstərişi ilə Novxanı qəsəbəsinin Sumqayıt tərəfinə vurulan “Sumqayıta xoş gəlmisiniz” giriş tablosunun Xaləddin İsgəndərov tərəfindən bulduzerlərlə sökdürülməsi olmuşdu. X.İsgəndərovun bu hərəkəti ona baha başa gəlmiş, birinci müavini İlqar Süleymanovla yanaşı digər məsul əməkdaşları da 1 sutka Sumqayıt Polis İdarəsində saxlanılmışdır.

Xatırladaq ki, Binəqədinin sabiq icra Başçısı Alı Alıyevin dövründə də rayonun 400 ha ərazisi məhz Zakir Fərəcovun təşəbbüsü ilə Abşeron rayon İcra Hakimiyyətinin balansına verilmişdi. Bu hadisəni son zamanlar tez-tez xatırladan Xaləddin İsgəndərov sələfi Alı Alıyevi zəiflikdə və səriştəsizlikdə ittiham edirdi. İndi Binəqədi sakinlərini daha çox bir məsələ düşündürür: 400 ha ərazinin itirilməsini maymaqlığın nəticəsi kimi qiymətləndirən X.İsgəndərov rayonun 3500 hektalıq ərazisinin itiriləməsini necə dəyərləndirəcək? Bildirilir ki, İcra başçısı təyin olunduqdan sonra ardbaard uğursuzluqla üzləşən X.İsgəndərovun rayonunda hündürmərtəbəli bina yanğınında 15 nəfərin ölümü ilə bağlı aparılan məhkəmə prosesinin getdiyi ərəfədə Zakir Fərəcovdan aldığı “3500 hektarlıq” zərbə onun nufuzunu heçə endirib.

Başı daha çox “qazon əkməyə” qarışan X.İsgəndorovun məlum yanğın hadisəsindən sonra “üzləri” sökülən binlardan ikisinin təmirini də yarımçıq saxlayıb, onları təmir etmək gücündə olmadığı bildirilir. Təmir üçün dəmir karkazları belə quraşdırılan binalarda oğurluq hadisələri isə çoxalıb. Belə ki, “dəmir karkazlar”dan istifadə edən oğrular asanlıqla evləri daxil ola bilirlər. Bina sakinlərinin dəfələrlə müraciətləri isə X.İsgəndərov tərəfindən qulaqardına vurulur.

dosye.org

Binəqədi rayonunun balansında olan və ümumilikdə 3500 ha əraziyə malik Novxanı, Fatmeyi və Goradil qəsəbələri Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər