loading...

Masallıda təhsil düzəlmir ki, düzəlmir, baba… – İTTİHAM

Artıq uzun müddətdir ki, ölkə mətbuatında, o cümlədən “Bizim Dövr” qəzetinin səhifələrində Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyətindən, şöbənin müdir əvəzi Tariyel Əkbərovun öz işində yol verdiyi ciddi qanun pozuntularından və məhz bu səbəbdən rayonun orta təhsil müəssisələrində müşahidə olunan çox saylı nöqsanlardan bəhs edən tənqidi materiallar dərc olunmaqdadır.

Masallıdan aldığımız məlumatlar əsasında bundan əvvəl dərc etdiyimiz yazılarda da biz qeyd etmişdik ki, redaksiyamıza müraciət edən rayon sakinləri bu cənub bölgəsinin təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Aldığımız məlumatlarda iddia olunur ki, Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilməsi bir çox xoşagəlməz nəticələrə səbəb olur. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ rəhbərliyinin tətbiq etməyə çalışdığı üsullar isə, nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Həmçinin bizimdovr.az-a təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilirdi. Bildirilirdi ki, RTŞ-nin müdir əvəzi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələtini tələb edib. Əldə etdiyimiz digər bir məlumatda isə, Tariyel Əkbərovun müəllimlərə qarşı həyata keçirməyə çalışdığı maxinasiyanın təfərrüatları barədə maraqlı açıqlama verilir. Mənbə bildirir ki, Tariyel Əkbərov öz planını həyata keçirmək üçün, ilkin olaraq direktorlara müəllimlərlə bağlanmış müqavilələrin qanunvericiliyə uyğun olmadığını bəyan edib. Açıqlamada deyilir: “Əvvəl müəllimlərdən tələb etdilər ki, işdən çıxmaları ilə bağlı ərizə yazsınlar. Müəllimlər bunu etmədilər, bundan sonra isə, təhsil şöbəsi müəllimlərin işdən azad edilmələrinə nail olmaq üçün direktorlara təzyiqlərə başladı. Əsasən də 2011-2012-ci illərdə məktəblərə qəbul edilmiş müəllimlərlə müqaviləni pozmaq istəyirlər. Halbuki, onlar müəllim kimi fəaliyyət göstərməkdən ötrü müasir təhsilin tələb etdiyi testlərdən və yoxlamalardan keçiblər…”

Digər tərəfdən də, Tariyael Əkbərov həmçinin təqaüd yaşına çatmış müəllimlərin və məktəb direktorlarının da diqqətinə çatdırılıb ki, onlar hər növbəti bir il üçün 1000 manat ödəməklə əmək fəaliyyətlərinin müddətini uzada bilərlər. Göründüyü kimi, Masallı RTŞ-nin müdir əvəzi, faktiki olaraq, Təhsil Nazirliyinin yaş senzi ilə bağlı müvafiq qərarını çox elə də baha qiymətləndirməyib. Və nəhayət, daha bir yenilik də yalnız direktorlar üçün tətbiq olunub. Belə ki, bundan sonra hər bir məkəb direktoru hər ay RTŞ müdirinə əlavə olaraq 100 manat məbləğində aylıq haqq ödəməlidir ki, bu ödənişlərin də Tariyel Əkbərovun katibəsi Pəri xanım tərəfindən yığılacağı elan edilib.

Təbii ki, bütün bu özbaşınalıqlar Tariyel Əkbərov tərəfindən yalnız və yalnız Masallı RTŞ-yə rəhbərlik edəcəyi dövr ərzində mümkün qədər çox qazanc əldə etmək məqsədilə törədilir. Məhz bu səbəbdən də, Masallı sakinləri Tariyel Əkbərovun rayon təhsilinə vurduğu ziyanın ölçüyəgəlməz olduğunu israrla bildirərək, Təhsil Nazirliyi tərəfindən bu problemin nə zaman həll olunacağını səbirsizliklə gözləyirlər.
Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq. Masallıda təhsil düzəlmir ki, düzəlmir, baba… – İTTİHAMБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər