Ərdoğan və xanımına qarşı TƏXRİBAT: 8 nəfər həbs edildi, digərləri ilə bağlı axtarış ELAN OLUNDU
Tarix: 6-02-2022, 21:09
Baxılıb: 607
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan və xanımına qarşı TƏXRİBAT: 8 nəfər həbs edildi, digərləri ilə bağlı axtarış ELAN OLUNDU

6-02-2022, 21:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın koronavirusun “omicron” ştamına yoluxması ilə bağlı açıqlamadan sonra sosial şəbəkələrdə təhqiramiz şərhlər yazan 5 nəfər saxlanılıb.
KAİM.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı İstanbul Prokurorluğu tərəfindən müvafiq maddə üzrə cinayət işi başladılıb. Müəyyən edilib ki, bu cür şərhlər 36 sosial şəbəkə hesabından yazılıb və onun 31-nin sahibi müəyyən edilib, 8 nəfər haqqında saxlanılma qərarı verilib.
Onlardan 5-i polis tərəfindən tutulub. “Dərya Büyükuncu” adlı hesabın sahibinin ölkə xaricində olduğu üzə çıxıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ