loading...

Millət vəkili “Relax” istirahət mərkəzindəki bahalığa bir çarə qıla biləcəkmi?

Millət vəkili “Relax” istirahət mərkəzindəki bahalığa bir çarə qıla biləcəkmi ?

Yay fəslinin xüsusi özəlliyi odur ki, bu fəsildə hər kəs dincəlir. Digər fəsillərlə müqayisədə yayda istirahət edənlərin sayı daha çox olur. Fəqət istirahət arzusunda olub istirahət edə bilməyənlər də var. Bu isə birbaşa maddiyyatla bağlıdır. Qeyd edək ki, ölkəmizdə istirahət məkanlarında dincəlmək bir ailəyə baha başa gəlir. Xüsusilə də dincəlmək üçün bölgələrə daha çox axın olur. Lakin bölgələrdə bir nəfərin bir günlük dincəlməsi çox pul tələb edir.
Lerik rayonuna dincəlməyə gələnlər daha çox olur.
Əhalinin ən çox üz tutduğu Lerik istirahət zonasında qiymətlər “əl yandırır”. Məsələn, “Relax” istirahət mərkəzində mövsümün qızğın vaxtı 15 iyun – 1 sentyabr arasında 1 sutka qalmaq 80-130 manatdır. Koteclər 150-200 manat. İsveç masasında səhər yeməyi 4, nahar 8, şam 7 manat. Bundan başqa dəfələrlə dincəlmək üçün “Relax” istirahət mərkəzini seçən insanlar son iki ildir ki, ora getmədiklərini bildirirlər. Çünki oradakı xidmətin səviyyəsindən razı deyillər. Yay mövsümi olduğundan regionlarda istirahət mərkəzləri fəaliyyətini davam etdirir. Bəzilərinin göstərdikləri xidmətlər normal olsa da, bir sıra istirahət mərkəzləri var ki, onlar digərlərindən keyfiyyətli xidməti ilə seçilmir. Belə istirahət obyektlərindən biri də Lerikdə yerləşən və millət vəkili İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzidir. Əldə etdiyimiz məlumata görə, sözügedən istirahət obyektində antisanitariya hökm sürür. Hovuzun içi vaxtlı-vaxtında yuyulmur.
Havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalın saxlanma rejiminə əməl olunmur. Yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir.
Onu da qeyd edək ki, verilən məlumata görə, həmin istirahət mərkəzində qeyri-peşəkar insanlar işləyirlər. Lakin otellərdə və istirahət mərkəzlərinə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər götürülməlidir. Çünki onlar işlərini dərindən bildiklərinə görə öz işlərinə qarşı məsuliyyətli olurlar. Bundan başqa yay fəsli olduğuna görə orada sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Xüsusilə də yayda qidalara xüsusi nəzarət olmalıdır. Çünki yay fəslində qidalar xarab olmağa meylli olduqlarına görə qidalara nəzarət daha da gücləndirilməlidir. Zəhərlənmə kimi halların baş verməməsi üçün bu hallar nəzərə alınmalıdır. Hovuzlarda su vaxtlı-vaxtında təmizlənməlidir ki, orada istirahət edən şəxslər dəri xəstəliklərinə tutulmasınlar. Lakin bütün bunlara baxmayaraq “Relax” istirahət mərkəzində qiymətlər əl yandırır. Ödənilən pulun müqabilində göstərilən xidmət sıfıra bərabərdir. Əldə etdiyimiz məlumata görə, sözügedən turizm obyektinə əvvəlki kimi turistlər gəlmir. Bütün bunlar da orada vətəndaşlara göstərilən keyfiyyətsiz xidmətin nəticəsidir.
Ümumiyyətlə, Azərbaycanın turizm zonalarında təhlükəsizlik, xidmət, servis məsələləri də həllini tapmayıb. Belə problemlər var ki, bunlar hamısı ümumilikdə turizmin inkişafını əngəlləyir.
Rəqabət olmadığına görə qiymətlər də bahadır, keyfiyyət də aşağıdır. Bir istirahət mərkəzi 10-15 nəfəri qəbul etməklə özünü dolandırır. Onun üçün qiyməti aşağı salmaq sərfəli deyil. Çünki qiymət aşağı salınsa, gələnlərin sayı artacaq, müştəri çoxalacaq, bu zaman həmin istirahət mərkəzi adamları qəbul edib xidmət göstərə bilməyəcək. Bizim istirahət mərkəzlərinin əksəriyyəti azsaylı müştərilər üçün uyğundur. Çoxsaylı müştərilərə xidmət göstərmək bacarığına malik deyillər. İstirahət mərkəzləri azsaylı müştəri ilə qazanc əldə edir.
Göründüyü kimi, Azərbaycandakı istirahət mərkəzlərində qiymətlər əhalinin gəlirlərinə adekvat deyil. Məsələn, ayda 200-300 manat maaş alan vətəndaşın məzuniyyət maaşı ən yaxşı halda 500 manat ola bilir ki, bu məbləğə heç bir normal turizm mərkəzində 1 həftə istirahət etmək mümkün deyil.
P.S. Görəsən millət vəkili ona məxsus olan “Relax” istirahət mərkəzindəki yüksək qiymətlərlə bağlı nə zaman ölçü götürəcək?
Xalqxeber.Az
Millət vəkili “Relax” istirahət mərkəzindəki bahalığa bir çarə qıla biləcəkmi?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər