Nikol Paşinyan Türkiyəyə SƏFƏR EDƏCƏK
Tarix: 5-02-2022, 00:26
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

Nikol Paşinyan Türkiyəyə SƏFƏR EDƏCƏK

5-02-2022, 00:26

Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın mart ayında Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
Reportyor.org xəbər verir ki, bu barədə "A Haber” telekanalı məlumat yayıb.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktay Ermənistanın baş nazirinin gələn ay Türkiyəyə səfər edəcəyini bildirib. “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub. ("Report")


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ