DÜNYAPutin Çin liderindən arxayındır? - Şərh
Tarix: 4-02-2022, 15:36
Baxılıb: 316
Google+ Paylaş
Tumblr Paylaş

DÜNYAPutin Çin liderindən arxayındır? - Şərh

4-02-2022, 15:36



Rusiya Prezidenti Vladimir Putin Qış Olimpiya Oyunlarının açılış mərasiminə qatılmaq məqsədilə Pekinə gedib. Putin çinli həmkarı Si Cinpinlə müxtəlif sazişlər imzalayacaq. 
Publika.az xəbər verir ki, Rusiya prezidentinin Çinə səfərini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Si Cinpin Vladimir Putinin gəlişinə xüsusi əhəmiyyət verir.
O qeyd edib ki, Qərb liderlərinin əksəriyyəti Çinin insan haqlarını pozduğuna və uyğurlara qarşı sərt tədbirlər həyata keçirdiyinə görə olimpiadanın açılışını boykot ediblər: "Kreml sahibi sağlığına son dərəcə diqqət yetirən liderlərdəndir. Vladimir Putin özünü virusdan qorumaq üçün təhlükəsizlik tədbirlərini xeyli artırıb, ətrafında kimsə virusa yoluxursa, o, dərhal təcrid olunur. İran Prezidenti İbrahim Rəisi Putinlə Kremldəki görüşündə uzunluğu metrlərcə olan masada oturmaq məcburiyyətində idi. Çünki Putin görüşdüyü liderlərin test nəticələrini bilmək istəyir, məhz bundan sonra həmkarlarıyla yaxın məsafədə görüşür. Rəisi isə test tələbini nəzərə almamışdı. Ona görə də Putinlə uzaq məsafədən müzakirə aparırdı. Putin Çin lideri üçün arxayındır. Çində son günlər virus nisbətən artsa da, bu ölkədə koronavirus ciddi nəzarət altındadır, birinin virusa yoluxduğu müəyyənləşən kimi təmasda olduğu insanlar ayırd edilirlər və onlar müəyyən müddətə cəmiyyətdən təcrid olunurlar.
Kreml sahibi Pekindən sonra Ankaraya getməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskiyə Kiyevlə Moskva arasında vasitəçi ola biləcəyini təklif edib. Zelenski Ərdoğanın təklifini qəbul edib. Putin də razılaşsa, ikisi arasında görüş Türkiyə ərazisində gerçəkləşəcək. Əlbəttə, Türkiyə ərazisindəki mümkün görüş Rusiya ilə Ukrayna arasındakı dərin fikir ayrılıqlarını çözməyəcək, ancaq ən azı ortamı bir qədər yumşalda bilər. Putin hədəfləri böyütməklə özünü tələyə salıb, müharibə Rusiyaya ciddi problemlər vəd edir. Putin bu vəziyyətdən imicini qorumaqla çıxmaq istəyirsə, Ankaranın vasitəçilik imkanlarından istifadə etmək üçün şansı var".



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ