İranda 310 kiloqram narkotik vasitə müsadirə olunub
Tarix: 31-01-2022, 22:51
Baxılıb: 198
Google+ Paylaş
Tumblr Paylaş

İranda 310 kiloqram narkotik vasitə müsadirə olunub

31-01-2022, 22:51

İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Xuzistan vilayətində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki beynəlxalq mütəşəkkil dəstəni məhv ediblər.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, həmin dəstələrdən 140 kiloqram metamfetamin və 170 kiloqram tiryək olmaqla ümumilikdə 310 kiloqram narkotik vasitə müsadirə edilib.
Həyata keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılanlar var. Dəstələrin digər üzvlərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ