Çin Rusiyaya dəstək olacaq? - Pentaqon AÇIQLADI
Tarix: 30-01-2022, 11:15
Baxılıb: 437
Google+ Paylaş
Tumblr Paylaş

Çin Rusiyaya dəstək olacaq? - Pentaqon AÇIQLADI

30-01-2022, 11:15

ABŞ Çinin Ukraynadakı vəziyyətə qarışacağına dair heç bir əsas görmür.
Publika.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi Ukraynadakı vəziyyətdə Çinin Rusiyaya dəstək verməsi ehtimalını dəyərləndirərkən deyib.
“Bu barədə Çin liderləri özləri danışsınlar. Ancaq biz Çinin buna hər hansı şəkildə müdaxilə edəcəyinə dair heç bir əlamət görmürük” - Kirbi bildirib.
Onun sözlərinə görə, Ukraynada Moskva tərəfindən eskalasiyanın baş verəcəyi təqdirdə Rusiya nəinki ciddi iqtisadi nəticələrlə üzləşəcək, həm də onun təcrid olunması artacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ