Trampdan Baydenə sərt sözlər: səriştəsizliyi...
Tarix: 30-01-2022, 11:09
Baxılıb: 361
Google+ Paylaş
Tumblr Paylaş

Trampdan Baydenə sərt sözlər: səriştəsizliyi...

30-01-2022, 11:09

ABŞ Prezidenti Co Baydenin “səriştəsizliyi” və “zəifliyi” üçüncü dünya müharibəsi təhlükəsi yaradır.
Pubkika.az xəbər verir ki, bu sözləri Donald Tramp Texas ştatının Konro şəhərində keçirilən mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Tramp onun dövründə Amerikanın yeni işlərə qarışmaması və Ronald Reyqanın “güc yolu ilə sülh” prinsipini bəyan edərək köhnə “absurd” müharibələrə son qoymasına diqqət çəkib: “Hər gün Baydenin səriştəsizliyi Amerikanı risk altına qoyur. O, dünya müharibəsi başlada bilər. Hamının bildiyi kimi, Rusiyanın Ukrayna ilə hazırkı münasibətləri mən prezident olsaydım, heç vaxt mümkün olmazdı”.
Tramp əlavə edib ki, Rusiya rəhbərliyi minlərlə qoşunu qonşu ölkənin sərhədlərinə çəkməyə cəsarət etməyəcəkdi: “İndi Vaşinqtonda hər kəs Ukraynanın sərhədini necə qoruyacağı ilə məşğuldur, lakin hazırda bizim üçün dünyanın ən vacib sərhədi Ukrayna deyil, Amerika sərhədidir. Biz bununla bağlı heç nə etmirik - insanları daxilə buraxırıq. Onların kim olduqları barədə heç bir fikrim yoxdur”.
Donald Tramp Ukrayna böhranının səbəblərindən birini Avropada yenidən Amerikanın qeyd-şərtsiz və azad dəstəyinə arxalana biləcəkləri ideyasının bərpası adlandırıb. O əlavə edib ki, ticarətdə avropalılar ABŞ-ı Çinlə eyni şəkildə aldadırlar, lakin bu barədə heç kim danışmır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ