Salyan rayon sakini, müharibə veteranı bürokratik əngəllərdən şikayətçidir – Mehriban xanıma məktub
Tarix: 29-01-2022, 19:34
Baxılıb: 671
Google+ Paylaş
Tumblr Paylaş

Salyan rayon sakini, müharibə veteranı bürokratik əngəllərdən şikayətçidir – Mehriban xanıma məktub

29-01-2022, 19:34

Salyan rayonu, Kürqaraqaşlı kəndinin sakini, I Qarabağ müharibəsinin iştirakçısı Əzizov Elçin Vəliağa oğlu qarşılaşdığı bürokratik əngəllərlə bağlı Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlayıb.
 
Müharibə veteranının xahişi ilə şikayət məktubunu olduğu kimi dərc edirik:
 
 
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyevaya
 
Salyan rayonu, Kürqaraqaşlı kəndinin sakini Əzizov Elçin Vəliağa oğlu (əlaqə telefonu: 050 683 50 70) tərəfindən 
 
                                                            Ə R İ Z Ə 
 
Hörmətli Mehriban xanım! 
 
Mənim 54 yaşım var, 1-ci Qarabağ döyüşləri iştirakçsıyam. Sovet hakimiyyəti dövründə kolxozda, müstəqillik dönəmində isə dövlət tərəfindən verilmiş pay torpağında çalışmışam, ailəmi əkin-biçinlə, qabarlı əllərimin rənci ilə dolandırmışam. 
 
Uzun müddətdir ki, ağır formalı şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Onurğa sütunumda fəqərə arası yırtıqlar var. Sağ ayağım, demək olar ki, yarı işlək durumdadı. İki dəfə cərrahi əməliyyat olunmuşam. Əmək qabiliyyətimi itirdiyimə görə 9 il əvvəl 2-ci qrup əlil statusu almışam. 
 
Hər ay dövlətin verdiyi 267 manat pensiya ilə müainə və müalicə xərclərimi qismən ödəyir, yaşayışımı təmin edirdim. Ötən 2021-ci ilin iyununda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq komissiyası tərəfindən təkrar müayinə məqsədilə pensiyam dayandırılıb. 
 
Halbuki Salyan rayon mərkəzi xəstəxanası və digər müalicə, müayinə müəssisələri iş qabilyyətimin olmamağına dair bir neçə dəfə rəy veriblər. Təəssüfləndirici hal odur ki, Tibbi-Sosial Ekspertiza Komissiyası məlum olmayan səbəblərdən müxtəlif bəhanələr gətirməklə bu günə kimi əlilliyimin təyin edlməsi barədə qərar qəbul etmirlər. 
 
Son iradları sürücülük vəsiqəmin 10 illik müddətinin dəyşdirilməsi və BS kataqoryası idi, onu da gedib yenidən 2 illiyə dəyişdim və S kateqoryasını ləğv etdirdim . Ümidim bu səfər təyinat olar, amma yenə bir bahanə tapıblar ki, paytaxtda hansısa müalicə müəssəsində yenidən müaiyinə-müalicə almağıma ehtiyac var. 
 
Olmazmı ki, TSEK əllliyin təyin edilməsinə mane olan bütün halları birdəflik bildirə, biz də həll edib yolayaq. Yoxsa ayda bir bəhanə nə demek? 
 
8 aydır bu xəstə, imkansız halımla yollardayam. Buna bir son vermək lazımdır. 2 ay öncə eyni məzmunlu xahişlə Cənab Prezident İlham Əliyevə də müraciətim olub. Təssüf ki, ƏƏSMN heç kimə məhəl qoymur. 
 
Əgər mən sağlamamsa (hərçənd ki, sağlam deyiləm), onda zəhmət çəkib məşqulluğumu təmin etsinlər. Yox, əgər əmək qabiliyətimi itirmişəmsə, onda pensiyamı versinlər. Belə bürokratik əngəllərlə vətəndaşları dövlətdən narazı salmaları qəti başadüşülən deyil. 
 
Hörmətli Mehriban xanım ! 
 
Sizdən əllilliyin qiymətləndirilməsi ilə bağlı ədalətli qərar qəbul edilməsi üçün həmin quruma göstəriş verməyinizi xahiş edirəm. 
 
Hörmətlə: ________ Əzizov Elçin Vəliağa oğlu 
27.01.2022-ci il.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ