Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - DİN-dən AÇIQLAMA
Tarix: 25-01-2022, 11:28
Baxılıb: 496
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - DİN-dən AÇIQLAMA

25-01-2022, 11:28

Ölkə ərazisində yaşayan vətəndaşların polis orqanlarında müvəqqəti qeydiyyatının ləğv edilməsinin səbəbləri açıqlanıb.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sualına cavab olaraq bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır.

"Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.
Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər", - deyə E. Hacıyev bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ