loading...

MİLLİ ONKOLOGİYA MƏRKƏZİNDƏ MİLLƏTİN FACİƏSİ – Aslan İsmayılov

Bir müddət əvvəl şəxsiyyətinə hörmət bəslədiyim bir nəfər otağıma gəlib sadəcə onu dinləməyimi xahiş etdi.

Qardaşının həyat yoldaşının xərçəng xəstəliyinə tutulduğunu, bir həftədir onun müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində olduğunu bildirdi. Maddi cəhətdən heç nəyə ehtiyacı olmasa da orada gödüklərini, xəstələrin durumunu mənə danışdıqca bir neçə dəfə ağladı. Sonda özünün heç bir köməyimə ehtiyacı olmadığını və əgər imkanım olarsa oradakı xəstələrin vəziyyətini az da olsa yüngülləşdirmək üçün bacardığımı etməyimi xahiş etdi. Ona bildirdim ki, özüm gedib vəziyyəti gözlərimlə görmək istəyirəm. Dostumun xətrini çox istəsəm də vəziyyətin onun söylədiyi qədər acınacaqlı olduğunu təsəvvür etmirdim. Bu gün səhər saat 9.00-da Milli Onkologiya Mərkəzində oldum. Həyətə girişdən ilk baxışla ətrafda olan gözəllik dostumun qərəzli olduğu anlamını verirdi. Xəstəxanaya daxil olanların marşrutu ilə hərəkət etdim. Aydındır ki, oradakı mənzərə normal insanı üzməyə bilməz. Ancaq hərəkət etdikcə xəstələrlə qısa söhbətlər dostumun həqiqəti anlatdığını göstərdi. Ola bilər bəziləri üçün gördüklərim adi gələ bilər. Deməli onda ya mən insan deyiləm, yaxud belələri insanlıq hisslərini tamam itiriblər.

Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Tibb personalı verdiyim bütün sualları çox şübhə ilə qarşıladı və heç bir sualıma cavab vermədi. Kimyaterapiya aparılan mərtəbələrin birində xəstə ilə söhbət zamanı yaşlı bir tibb bacısı az qala məni – sanki terroristi, güclə oradan uzaqlaşdırdı (foto 8). Bu yaşımda çox təşkilatlarda, o cümlədən qapalılarında da olmuşam, ancaq bu qədər məxfilik, şübhəlilik heç bir yerdə görməmişdim. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Mənimlə söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanırdılar. Bəziləri isə mənə “bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır.

İndi isə müəyyən etdiyim, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırıram:

1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.

2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.

3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

MİLLİ ONKOLOGİYA MƏRKƏZİNDƏ MİLLƏTİN FACİƏSİ – Aslan İsmayılov4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər