Niyazi Bayramov Almaniyadakı siyasi mühacirin bacısını bağça müdirəsi qoyur... - Amma şəhidin anasını qəbul etmir....
Tarix: 22-01-2022, 11:35
Baxılıb: 1 030
Google+ Paylaş
Tumblr Paylaş

Niyazi Bayramov Almaniyadakı siyasi mühacirin bacısını bağça müdirəsi qoyur... - Amma şəhidin anasını qəbul etmir....

22-01-2022, 11:35

Bu ölkədə hər cürə icra başçısı görmüşük. 
Şair, alim, gömrükçü, kamsomol, “tovaraved”, nə bilim zootexnik...icra başçıları. 
Gəncə şəhərinin icra başçısı sən demə, POLKOVNİK imiş. 
Özü də guya Qarabağ müharibəsində iştirak edib. 
Amma Gəncədə Qarabağ  veteranlarına ən çox qənim kəsilən də Niyazi Bayramovdur. 
Bu adam  şəhidin evinə 5 kilo  “pesok”  göndərməklə özünü reklam edir. 
Bu adamdan soruşan yoxdur ki, Qarabağda  hansı cəbhədə döyüşmüsən, sənə polkovnik rütbəsini harada veriblər ? 
Bu adamdan soruşan yoxdur ki, Gəncə boyda şəhəri   zibilliyə qərq etmisən. Amma  milyonları mənimsəmisən...
Belə ki, Gəncənin abadlıq və quruculuq işləri adı altında 11 MİLYON, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat mənimsənilib. 
Bütün bu pullar  Niyazi Bayramova  yaxın şirkətlərə tender vasitəsilə ayrılıb. 
Şəhidin  evinə 5 kilo  pesok göndərən  Niyazi Bayramovdan soruşan lazımdır ki, müharibənin ən dəhşətli vaxtında Londonda  30 milyon dəyəri olan  mülkü hansı pulla aldın ? 
Niyazi Bayramovdan soruşan lazımdır ki, Mingəçevirdə  icra başçısı olanda Kürün sahilində  obyekt tikdirənlər üçün torpağın 1 sotunu 20 min manata satırdın, indi  əlin aşağıdır ?
Şəhidin anası  səndən kirayə pulu istəyir, onu verməyə imkanın yoxdurmu, Niyazi Bayramov ? 
Gəncə şəhərindəki  abadlıq və quruculuq işlərini  “ELEGANT”  MMC-yə vermisən. Niyə? 
Sənə nə qədər “otkat” verirlər ? 
Şəhid  anasını aylarla  qapıda gözlədirsən, qəbul etmirsən, deyirsən  “sənə verməyə işim yoxdur”...
Bəs  sənədləri  başdan-ayağa saxta olan, əmək kitabçası qaralanmış  cavan xanımı MÖTƏBƏR ŞƏXSİN XAHİŞİ ilə bağçaya necə müdir təyin edirsən ?
Cənab Bayramov, həmin cavan xanım riyaziyyat fakültəsini bitirb və  Gəncə Müəllimlər İnsitutunda İNGİLİS  DİLİ dərsi keçib. 
Bu necə olur, cənab Bayramov ?
Riyaziyyat müəllimi necə ingilis dili dərsi keçib ?
Riyaziyyat müəllimi hara, bağça  müdirəsi hara ? 
Deyəsən onun da müdirə olmağı, sənin polkovnik olmağın kimidir.
Cənab  Bayramov,  qanunsuz  bağça müdirəsi  təyin etdiyin cavan xanımın qohumları,  anası, qardaşı, əmisi oğlanları  Almanıyada siyasi mühacir kimi oturub hakimiyyəti  söyürlər, Azərbaycan əleyhinə təbliğat aparırlar, xaricdə dövlətimizin əleyhinə piket təşkil edirlər. Bunu sən görmürsən, cənab başçı ?
O cavan qızı səndən xahiş edən mötəbər şəxs də bilmir bunları ? 
Oğlu vətən uğrunda şəhid olan ananı qəbul etmirsən, ancaq VƏTƏNİ  biabır edənlərə qucaq açırsan...
Bağça müdirəsi qoyduğun xanım heç öz halal  əri ilə yola getmir, polisə şikayət edir, ərinin bahalı avtomobilini  dəmirlə əzir-xarab edir...
Öz ailəsində  bu cür olan birisi  körpə balalara necə tərbiyə verəcək, cənab Niyazi müəllim ?
Siz o körpələrin də gələcəyini məhv edirsiniz. 
Ötən il  erməni  raketi ilə evləri dağıdılan  Gəncə sakinlərini aldadıb  kağız-kuğuza qol çəkdirirsən.
Evi dağılan  Gəncə sakininə 6 min manata qol çəkdirib  1500 manat verirsən. 
Cənab Bayramov, heç olmasa, səni o boyda vəizfəyə təyin edən Prezidentin sözlərini yada sal:
Xalqdan qorxmursunuz, barı Allahdan qorxun...
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ