loading...

Anaxeber.az saytının əməkdaşı Ağdaşda fiziki zorakılığa məruz qalıb- seçki saxtakarlığının qarşısını alarkən

Anaxeber.az saytının əməkdaşı Ağdaşda fiziki zorakılığa məruz qalıb- seçki saxtakarlığının qarşısını alarkən



Bu gün səhər saatlarında Ağdaş rayon 90 saylı seçki dairəsinin 9 saylı məntəqəsində jurnalis fiziki zorakılığa məruz qalıb. Bildərək ki, seçki məntəqəsində zorakılığa məruz qalan jurnalist anaxeber.az saytının Ağdaş rayonuna ezam olunmuş əməkdaşıdır. Jurnalistin verdiyi məlumata görə, onnun seçkini müşahidə etməsinə süni maneələr yaradan dairə sədri “biz burda Cavid Osmanova səs veririk sən kimsən ki, seçkiyə mane törədirsən”.

Anaxeber.az saytının əməkdaşı daha sonra bildirir ki, Ağdaş rayonu 9 saylı məntəqəsində nəinki 18 yaşı tamam olmayanlar hətta ölülərin də adlarına səs verənlər tapılıb. Bu saxtakarlığa qarşı çıxanlar isə fiziki zorakılığa məruz qalıblar. Adları seçki siyahısında olmayanları sayt əməkdaşı dairə rəhbərinə çatdırsada, qarşılığında təhqirlərə və zorakılığa məruz qalıb. Onun redaksiyaya məxsus video paratı və şəxsi mobil telefonu əlindən alınaraq sındırılıb. Zorakılığa məruz qalan jurnalist media vasitəsilə prezidentən və Məzahir Pənahovdan kömək istəyir...
Onuda bildirək ki, informasiya əldə edilməsi haqda qanunu hörmətsizlik edən dövlət qurumları və idarə müəssə rəhbərləri, yeni qəbul olunmuş məcəllənin 374 maddəsinə əsasən – istimai mezmunlu bilgiləri qapalı tutmağa çalışanlar 150 manat, vəzifəli şəxslər 500 – 700 manat, hüquqi şəxslər isə 1500-2500 manat civarında cərimə olunurelar. Görünür bu qanun hələdə Ağdaş rayonuna gedib çatmayıb.
Mövzuya qayıdacağıq[video=]Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər