Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tarix: 20-01-2022, 12:27
Baxılıb: 308
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20-01-2022, 12:27

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.
"Report" xəbər verir ki, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ