Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdiriləcək
Tarix: 19-01-2022, 22:38
Baxılıb: 278
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdiriləcək

19-01-2022, 22:38

20 Yanvar faciəsinin ildönümü günü Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib ki, qeyd olunan keçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ