Biz bu yolla Rusiyaya mesaj verirdik - Politoloq
Tarix: 19-01-2022, 22:35
Baxılıb: 239
Google+ Paylaş
Tumblr Paylaş

Biz bu yolla Rusiyaya mesaj verirdik - Politoloq

19-01-2022, 22:35

“Hər kəs bilir ki, Azərbaycanla Ukrayna strateji tərəfdaşdır. Strateji tərəfdaşlıq dedikdə uzunmüddətli və uzun perspektivə hesablanmış münasibətləri nəzərdə tuturuq ki, onlar ilk növbədə tərəflərin gözləntilərini əhatə edir”. 
Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 
Politoloqun sözlərinə görə, Ukrayna və Azərbaycan hər ikisi ərazi bütövlüyü pozulmuş ölkələr idi: “Bu proseslərin şövqündə biz bir-birimizin mövqeyini bütün beynəlxalq arenalarda dəstəkləyirdik və bütün bunlar Rusiyaya da bəlli idi. Biz heç vaxt Ukraynanın bu ağrı-acısına biganə qala bilməzdik. Sözügedən problem həm də beynəlxalq hüququn məsuliyyətində olan bir məsələ idi. Ona görə Azərbaycan rəsmi Kiyev-Bakı münasibətlərində bu məsələni hər zaman vurğulayırdı. Biz bir-birimizi dəstəkləməklə həm də Rusiyaya bir mesaj verirdik. Azərbaycanın Rusiya ilə də çox etibarlı münasibətləri var”.  
T.Abbasov vurğulayıb ki, Azərbaycan bundan öncə də öz diplomatiyasının gücü hesabına Rusiya ilə Türkiyə arasında olan gərginliyin aradan qaldırılmasındakı missiyasını uğurla yerinə yetirib: “Xatırladaq ki, 2015-ci ildə Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə ilə Rusiya arasındakı münasibətlər son dərəcə gərginləşdi. Azərbaycan Prezidentinin bu məsələnin həllində müstəsna rolu oldu. Azərbaycan ümumiyyətlə, öz diplomatiyası ilə iki tərəfə də ismarışlar, bildirişlər göndərərək bildirirdi ki, biz regionda sülhün və inkişafın tərəfdarıyıq və istəyirik ki, bölgəmizdə bu istiqamətdə olan gərginliklər aradan qaldırılsın. Azərbaycanın siyasəti aydın, şəffaf və sağlamdır. Azərbaycan sabit mühitdən dividendlər qazanmağa çalışır və qazanır. Ola bilsin ki, Azərbaycan Prezidentinin Ukrayna səfərində də Zelenski ilə Rusiya mövzusu müzakirə olunub. Çünki bir çox vasitəçilər bu proseslərə qatılmaqla çalışıblar ki, həmin gərginliyi aradan qaldırsınlar və Ukrayna ətrafında qaynar vəziyyəti sabitləşdirsinlər. Prezident İlham Əliyevin buna həm diplomatik məharəti, həm də yüksək siyasi bacarığı çatır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ