İstefa verəcəyini deyən erməni nazirin son açıqlaması: "Zarafat edirdim"
Tarix: 19-01-2022, 16:29
Baxılıb: 239
Google+ Paylaş
Tumblr Paylaş

İstefa verəcəyini deyən erməni nazirin son açıqlaması: "Zarafat edirdim"

19-01-2022, 16:29

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bu gün parlamentin iclasında rüsvay olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Milli Assambleyasının sessiyasında “Lisenziyalaşdırma haqqınnda” qanun müzakirəsi zamanı müxalifətdə olan “Hayastan” blokunun təmsilçisi Areqnaz Manukyan bu gün onu pis vəziyyətə salıb.
Deputat tribundan çıxışı zamanı nazirlər arasında keçən telefon danışığını deputatlara mikrofon vasitəsilə dinlətdirib. Orada Vahan Kerobyanın “Əgər ikirəqəmli böyümə olmasa özümü bağışlamaram, hətta istefa verərəm”,-dediyi eşidilib.
“O zaman siz nə zaman istefanızı təqdim edəcəksiniz. Çünki bununla əslində sözünüzün və şxsiyyətinzin dəyərini aşağı salırsınız”,-deyə A.Manukyan nazirə səslənib.
Uzun müddət deputata cavab verməyən Vahan Kerobyan, nəhayət, tribunaya gələrək həmin vaxt söylədiklərinin sadəcə zarafat olduğunu deməyə məcbur qalıb. “Əlbəttə, buna görə gülmək də olar”,-deyə erməni nazir əlacsız bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ